QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 127

Maddə 127. Cərimənin götürülməsi və ya azaldılması

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

127.1. Üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər.

127.2. Bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur.

127.3. Cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər. Fəsil 10 Prosessual müddətlər

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver