QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 136

Maddə 136. Qəbzin məzmunu

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:

136.0.1. məhkəmənin adı və ünvanı;

136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;

136.0.3. verilən məhkəmə sənədinin adı;

136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;

136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair);

136.0.6. məhkəmə sənədinin verildiyi şəxs;

136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver