QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 148

Maddə 148. Cavabdehin axtarışı

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

148.1. Dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, xəsarət yetirmə və ya sağlamlığı başqa şəkildə pozma, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsi ilə cavabdehin axtarışını elan etməyə borcludur.

148.2. Cavabdehin axtarışı ilə əlaqədar xərclərin tutulması axtarışın aparılması həvalə edilən orqanın ərizəsinə əsasən məhkəmə əmrinin verilməsi yolu ilə həyata keçirilir. İkinci bölmə. Birinci instansiya məhkəməsində icraat Birinci yarımbölmə İddia icraatı Fəsil 12 İddianın verilməsi

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver