QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 192

Maddə 192. İşdə iştirak edən şəxslərin izahatları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

192.1. İşi məruzə etdikdən sonra hakim iddiaçını və onun tərəfində iştirak edən üçüncü şəxsi, cavabdehi və onun tərəfində iştirak edən üçüncü şəxsi, habelə işdə iştirak edən digər şəxsləri dinləyir. İşdə iştirak edən şəxslər sədrlik edənin icazəsi ilə bir-birinə suallar verməyə haqlıdırlar.

192.2. İşdə iştirak edən şəxslərin yazılı izahatları və bu Məcəllənin 83 və 85-ci maddələri ilə nəzərdə tutulan qaydada məhkəmənin aldığı sübutlar sədrlik edən tərəfindən elan olunur.

192.3. Uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin və psixoloqun iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver