214.1. Qətnaməni qəbul etdikdən sonra hakim məhkəmə iclası zalına qayıdır (tərəflərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla), qətnamənin giriş və nəticə hissələrini elan edir, qətnamədən şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda qətnamənin nəticə hissəsini izah edir.
214.2. Qətnamə işdə iştirak edən şəxslərin bilmədiyi dildə tərtib edildikdə, həmin qətnamənin nəticə hissəsi onlara məhkəmə iclasında iştirak edən tərcüməçinin iştirakı ilə onların doğma dilində və yaxud onların bildikləri dildə oxunmalıdır.
214.4. Qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir. İşdə iştirak edən şəxslərin tələbi ilə qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış elan olduğu gün həmin şəxslərə rəsmi qaydada verilir.