220.1. Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır.
220.2. Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir.
220.3. Qətnamənin giriş hissəsində onun çıxarılma vaxtı və yeri, qətnamə çıxaran məhkəmənin adı, hakim, məhkəmə iclası katibi, tərəflər, işdə iştirak edən digər şəxslər, nümayəndələr və vəkillər, mübahisənin predmeti və ya irəli sürülən tələb göstərilməlidir. Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir.
220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üç Maddə 220. Qətnamənin … i, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.