QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 23

Maddə 23. Etirazın və ya özü-özünə etirazın təmin edilməsinin nəticələri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır.

23.2. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.

23.3. Kollegial tərkibdə işə baxan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və ya özü-özünə etiraz təmin olunduqda, iş həmin məhkəməyə, başqa tərkibə verilir.

23.5. Apellyasiya instansiyası məhkəməsinin bütün məhkəmə tərkiblərinə ayrı-ayrılıqda edilmiş etiraz təmin edilmişsə, bu halda iş kassasiya instansiyası məhkəməsi tərəfindən başqa apellyasiya instansiya məhkəməsinə verilir. Fəsil 3 Məhkəmə aidiyyəti

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver