234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur:
234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;
234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında.
234.3. Qətnamənin, yaxud məcburi icra edilməli olan digər məhkəmə aktının icraya yönəldilməsi qaydaları “ İcra haqqında ” və “ Xüsusi icra məmurları haqqında ” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.