QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 323

Maddə 323. Ərizənin verilməsi

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

323.1. Daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir.

323.2. Paylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınmasına dair ərizə 3 (üç) ayda bir dəfədən az olmayaraq, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan poçt göndərişlərinin içərisindəki əşyalar, mallar və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizə isə “ Poçt rabitəsi haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi operatoru tərəfindən məhkəməyə verilir.

323.3. Daşınmaz əşyalar üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizə, dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqan tərəfindən həmin əşyanın olduğu yerin məhkəməsinə verilir.

323.4. Dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqan daşınmaz əşya üzərində hüququn tanınması barədə ərizə ilə dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən həmin əşyanın uçota alındığı gündən bir il ötənə qədər məhkəməyə müraciət edərsə, məhkəmə daşınmaz əşyalar üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizəni qəbul etməkdən imtina edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver