QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 329

Maddə 329. Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

329.1. Hakim sənədin itirilməsi haqqında ərizəni qəbul etdikdən sonra, sənəd üzrə ödəniş edilməsini və ya vəsait verilməsini emitentə qadağan etmək, habelə ərizəçinin hesabına mətbuatda elan vermək barədə qərardad çıxarır və qərardadın surətini emitentə, Azərbaycan Respublikasının Mərkəzi Bankına və mərkəzi depozitara göndərir.

329.2. Qərardadda elanın məzmununa dair aşağıdakılar göstərilməlidir:

329.2.1. sənədin itirilməsi haqqında ərizənin daxil olduğu məhkəmənin adı;

329.2.2. ərizə vermiş şəxs və onun ünvanı;

329.2.3. sənədin adı və fərqləndirici əlamətləri;

329.2.4. itirilməsi barədə müraciət edilmiş sənədə dair elan verilən gündən 3 ay müddətində həmin sənədə dair öz hüquqları haqqında məhkəməyə ərizə verməyin sənədi saxlayana təklif edilməsi.

329.3. Qərardad çıxarmaqdan imtina etməkdən şikayət verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver