348.1. İşi məhkəmədə baxılmağa hazırlayarkən hakim ərizəyə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə müvafiq icra hakimiyyəti orqanının rəyinin əlavə olunub-olunmadığını yoxlayır.
348.2. Məhkəməyə təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanının rəyinə aşağıdakılar əlavə olunur:
348.2.1. müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi övladlığa götürənlərin (götürənin) maddi-məişət şəraitinin müayinə aktı;
348.2.2. övladlığa götürülən uşağın səhhətinin vəziyyəti, fiziki və əqli inkişafı haqqında tibbi rəy;
348.2.3. övladlığa götürülən uşağın doğum haqqında şəhadətnaməsi;
348.2.4. on yaşına çatmış övladlığa götürülən uşağın övladlığa götürülməsinə, eləcə də onun adının, soyadının və atasının adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin (götürənin) onun valideynləri kimi yazılmasına razılığı (qanuna əsasən belə razılıq tələb olunmayan hallar istisna olmaqla);
348.2.5. qanunda valideynlərin, qəyyumun (himayəçinin) razılığı olmadan uşağın övladlığa götürülməsinə yol verilən hallardan başqa, uşağın valideynlərinin, qəyyumunun (himayəçisinin) onun övladlığa götürülməsinə notariat qaydasında təsdiq edilmiş razılığı;
348.2.6. valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa götürülməsinə dair həmin uşağın yerləşdiyi müəssisənin rəhbərinin rəyi və ya uşağın tərbiyə olunduğu himayədar ailənin yazılı ifadə olunmuş fikri;
348.2.7. uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüd Maddə 348. … və ya uşağın tərbiyə olunduğu himayədar ailənin yazılı ifadə olunmuş fikri;
348.2.7. uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldükdə, habelə Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülərkən, övladlığa götürülənin və övladlığa götürənin (götürənlərin) müvafiq icra hakimiyyəti orqanında vahid elektron uçotda olmasını, habelə vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənəd.
348.3. Zəruri hallarda məhkəmə digər məlumatları da tələb edə bilər.