QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 355-10

Maddə 355-10. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi 355-10.1

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətində baxılır. 355-

10.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Ərizəyə baxılmasında vətəndaşlığın itirilməsi halları ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. 355-10.3 İşə mahiyyəti üzrə baxan hakim “ Azərbaycan Respublikasının vətəndaşlığı haqqında ” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-

10.4. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmiş müvafiq icra hakimiyyəti orqanına və barəsində Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar qətnamə qəbul edilmiş şəxsə onun məlum olan sonuncu yaşayış yeri üzrə göndərilir. Fəsil 40-5 Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver