QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 355-17

Maddə 355-17. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi 355-17.1

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında ərizəyə məhkəməyə verildikdən sonra məhkəmə tərəfindən 10 gün ərzində baxılır və qərar qəbul edilir. 355-

17.2. Məhkəmə ərizəyə öhdəlikləri restrukturizasiya edilən bankın və Azərbaycan Respublikasının Mərkəzi Bankın mütləq iştirakı ilə baxır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-

17.3. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-

17.4. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qətnamədə, o cümlədən aşağıdakılar göstərilməlidir: 355-

17.4.1. bankın adı; 355-

17.4.2. restrukturizasiya müddəti və bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi üzrə məsul şəxslər göstərilməklə bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi barədə göstəriş. 355-

17.5. Qətnamənin surəti bu Məcəllənin 227-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmiş banka onun hüquqi ünvanı üzrə və Azərbaycan Respublikasının Mərkəzi Banka göndərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver