Ərizə məhkəməyə təqdim olunduqdan sonra ona 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. 355-
22.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-
22.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-
22.4. Yayılması qanunla qadağan edilən informasiyan ı n internet informasiya ehtiyat ı ndan g ö t ü r ü lməsi və ya internet informasiya ehtiyat ı na və ya onun m ü vafiq hissəsinə müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-
22.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Fəsil 40-7. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat