QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 368

Maddə 368. İşin baxılmağa təyin olunması

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İşə apellyasiya instansiyası məhkəməsində baxılmanın müddətləri

368.1. Əgər apellyasiya mümkün hesab olunarsa, məhkəmə işə baxılması vaxtını təyin edir.

368.2. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş vaxtda işə baxılmasını təmin etmək üçün zəruri hazırlıq işləri görür.

368.3. Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya i nstansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver