QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 382

Maddə 382. İşin baxılmasına dair məhkəmə aktının çıxarılması və elan edilməsi

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

382.1. İş üzrə araşdırma yekunlaşdıqdan sonra məhkəmə yerində müşavirə apararaq və ya müşavirə otağında səs çoxluğu ilə məhkəmə aktını qəbul edir. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla, məhkəmə aktının giriş və nəticə hissələrini elan edir, məhkəmə aktından şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda onun nəticə hissəsini izah edir.

382.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimlərin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver