QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 419

Maddə 419. Kassasiya instansiyası məhkəməsinin qərarı

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

419.1. Kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edilir.

419.2. Qərarda aşağıdakılar göstərilməlidir;

419.2.1. qərarı çıxaran məhkəmənin və işin adı, çıxarılma tarixi, məhkəmənin tərkibi, iclasda iştirak etmiş şəxslərin səlahiyyətləri göstərilməklə soyadları;

419.2.2. kassasiya şikayəti vermiş şəxsin və işdə iştirak edən şəxslərin adları;

419.2.3. işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin adı, işin nömrəsi, qətnamənin, qərardadın çıxarıldığı tarix və onları çıxartmış hakimlərin soyadları;

419.2.4. çıxarılmış qətnamənin və qərardadın qısa məzmunu;

419.2.5. çıxarılmış qətnamənin, qərardadın qanuniliyini yoxlamaq barədə irəli sürülmüş əsaslar;

419.2.6. kassasiya şikayətinə qarşı verilmiş etirazda göstərilən dəlillər;

419.2.7. kassasiya şikayətinə baxılmasında iştirak edən şəxslərin izahatları;

419.2.8. işdə iştirak edən şəxslərin istinad etdikləri qanun və digər normativ hüquqi aktların məhkəmə tərəfindən tətbiq edilməməsinin motivləri, habelə məhkəmənin qərar qəbul edərkən rəhbər tutduğu qanun və digər normativ hüquqi aktlar;

419.2.9. apellyasiya instansiyası məhkəməsinin aktları ləğv edildikdə apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri;

419.2.10. kassasiya şikayətinə baxılmasının nəticələri;

419.2.11. iş yeni mə Maddə 419. … gün tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri;

419.2.10. kassasiya şikayətinə baxılmasının nəticələri;

419.2.11. iş yeni məhkəmə baxışına verilirsə, yerinə yetirilməli olan hərəkətlər.

419.3. Qərar qəbul edildiyi gün onun nəticə hissəsi barədə məlumat hakimlərin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Qərarın tam mətni işdə iştirak edən şəxslərə qəbul edildiyi gündən 1 ay müddətində sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.

419.4. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver