421-
2.1. İşə kassasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddələrində nəzərdə tutulmuş hallarda, habelə işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. 421-
2.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir. Fəsil 44 Əlavə kassasiya qaydasında icraat