QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 426

Maddə 426. Şikayətin, ərizənin və protestin göndərilməsi

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

426.1. Şikayətə, ərizəyə və ya protestə ilkin olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin hakimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 ehtiyat hakimdən biri ilə əvəz edir.

426.2. Şikayətin, ərizənin və ya protestin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. İşdə iştirak edən şəxslər şikayətin, ərizənin və ya protestin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 20 gündən gec olmayaraq yazılı etirazlarını göndərməyə haqlıdırlar.

426.3. Məhkəmə tərkibi şikayətə, ərizəyə və ya protestə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir:

426.3.1. şikayət, ərizə və ya protestin forma və məzmununa dair bu Məcəllənin 425-ci maddəsinin tələblərinə riayət edilmədikdə, habelə bu Məcəllənin 423.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərin ötürülməsi ilə verildikdə şikayət, ərizə və ya protestin qaytarılması haqqında;

426.3.2. bu Məcəllənin 424.2.2 - 424.2.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda isə şikayət və ya protestin, bu Məcəllənin 424.2.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina haqqında;

426.3.3. bu Məcəllənin 424.2.2 - 4 Maddə … muş əsaslar olmadıqda ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina haqqında;

426.3.3. bu Məcəllənin 424.2.2 - 424.2.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduqda isə şikayət və ya protestin, bu Məcəllənin 424.2.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ərizənin iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında.

426.4. Bu Məcəllənin 426.3-cü maddəsində nəzərdə tutulmuş qərardadlardan şikayət verilə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver