437.1. Ərizəyə ilkin olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin hakimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 ehtiyat hakimdən biri ilə əvəz edir. Ərizənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. İşdə iştirak edən şəxslər ərizənin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gündən gec olmayaraq yazılı etirazlarını göndərməyə haqlıdırlar.
437.2. Məhkəmə tərkibi ərizəyə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir:
437.2.1. ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edilmədikdə, ərizənin qaytarılması haqqında (ərizə vermiş şəxs onun qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə verə bilər);
437.2.2. bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda, ərizənin rədd edilməsi haqqında;
437.2.3. ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edildikdə və bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, ərizənin iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında. 437.3 Bu Məcəllənin 437.2-ci maddəsində nəzərdə tutulmuş qərardadlardan şikayət verilə bilməz.
437.4. Azərbaycan Res Maddə 437. … Plenumuna göndərilməsi haqqında. 437.3 Bu Məcəllənin 437.2-ci maddəsində nəzərdə tutulmuş qərardadlardan şikayət verilə bilməz.
437.4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə yazılı icraat qaydasında baxır.