QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 441

Maddə 441. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların prosessual hüquq və fəaliyyət qabiliyyəti

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

441.1. Əcnəbilərin prosessual hüquq və fəaliyyət qabiliyyəti vətəndaşı olduqları dövlətin qanunları ilə müəyyən edilir. 441.2 Əcnəbinin bir neçə vətəndaşlığı olduqda onun prosessual hüquq və fəaliyyət qabiliyyəti onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə müəyyən edilir.

441.3. Vətəndaşlığı olmayan şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyəti həmin şəxsin daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin qanunları ilə müəyyən edilir.

441.4. Qaçqınların prosessual hüquq və fəaliyyət qabiliyyəti onların sığınacaq tapdıqları dövlətin qanunları ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver