QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 456

Maddə 456. Məhkəmə tapşırıqları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

456.1. Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrilə müəyyən edilmiş qaydada xarici məhkəmələrin ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqlarını icra edirlər (bildirişlərin və başqa sənədlərin verilməsi, tərəflərdən izahatlar, şahidlərdən ifadələr, ekspertlərdən rəy alınması, yerində müayinə aparılması və s.).

456.2. Aşağıdakı hallarda tapşırıqlar icra edilməməlidir:

456.2.1. əgər tapşırığın yerinə yetirilməsi Azərbaycan Respublikasının suverenliyinə və onun qanunvericiliyinin ümumi prinsiplərinə ziddirsə;

456.2.2. əgər tapşırığın yerinə yetirilməsi məhkəmənin səlahiyyətinə aid deyildirsə.

456.3. Xarici məhkəmələrin ayrı-ayrı prosessual tapşırıqlarının yerinə yetirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda müəyyən edilməyibsə, bu Məcəllədə müəyyən edilmiş qaydalarla icra edilir.

456.4. Azərbaycan Respublikasının məhkəmələri xarici ölkələrin məhkəmələrinə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqla müraciət edə bilər.

456.5. Əgər lazım olan hərəkətləri Azərbaycan Respublikasının diplomatik və ya konsul nümayəndələri edə bilərlərsə, bu barədə onlara müraciət edilə bilər.

456.6. Azərbaycan Respublikası məhkəmələri ilə xarici məhkəmələr arasındakı münasibətlər Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının beynəlxalq müqavilə Maddə 456. … ikası məhkəmələri ilə xarici məhkəmələr arasındakı münasibətlər Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver