QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 478

Maddə 478. Arbitraja münasibətdə məhkəmənin yardım funksiyaları və ərizənin verilməsi

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

478.1. Tərəflər arasında digər razılıq yoxdursa, məhkəmələr arbitraja münasibətdə aşağıdakı yardım funksiyalarını yerinə yetirirlər:

478.1.1. arbitrin təyin edilməsi ilə bağlı məsələlərin həlli;

478.1.2. arbitrə etiraz edilməsi ilə bağlı məsələlərin həlli;

478.1.3. arbitrin səlahiyyətlərinə (mandatına) xitam verilməsi ilə bağlı məsələlərin həlli;

478.1.4. müvəqqəti təminat tədbirlərinin tətbiqi;

478.1.5. sübutların təmin edilməsinə dair yardım.

478.2. Məhkəmənin yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı “ Arbitraj haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və hallarda arbitraj sazişinin tərəfi, yaxud arbitraj məhkəməsi müraciət edə bilər.

478.3. Bu Məcəllənin 478.1.2-ci və 478.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ərizə müraciət edən şəxsin müraciətə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 30 (otuz) gün ərzində verilir.

478.4. Bu Məcəllənin 478.1.1 – 478.1.5-ci maddələrində göstərilən yardım funksiyalarına münasibətdə ərizə arbitrajın yeri üzrə Azərbaycan Respublikası ərazisində kommersiya məhkəməsinə, bu Məcəllənin 478.1.4-cü və 478.1.5-ci maddələrində göstərilən yardım funksiyalarına münasibətdə isə arbitrajın yeri müəyyənləşdirilməmişdirsə və ya xarici ölkədədirsə, yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.

478.5. Sübutların təmin edilməsinə dair yardım üzrə işlərdə ərizə həmçinin müvafiq p Maddə … Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.

478.5. Sübutların təmin edilməsinə dair yardım üzrə işlərdə ərizə həmçinin müvafiq prosessual hərəkətlərin yerinə yetirilməli olduğu yer üzrə kommersiya məhkəməsinə verilə bilər.

478.6. Tərəflərin razılığı olduğu təqdirdə, beynəlxalq arbitraja münasibətdə arbitrajın yeri müəyyənləşdirilmədikdə və arbitraj mübahisəsi tərəflərindən azı birinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yer və ya tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqda, həmin tərəfin adətən yaşadığı yer (tərəf fiziki şəxsdirsə) və ya daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer (tərəf hüquqi şəxsdirsə) Azərbaycan Respublikası ərazisində yerləşdikdə, bu Məcəllənin 478.1.1 – 478.1.3-cü maddələrində qeyd edilən yardım funksiyalarına münasibətdə ərizə yurisdiksiyası Bakı şəhərini əhatə edən müvafiq kommersiya məhkəməsinə verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver