481.1. Arbitraj icraatının tərəfləri arbitraj məhkəməsinin qərarının ləğv edilməsi haqqında məhkəməyə ərizə verə bilərlər.
481.2. Arbitraj məhkəməsinin qərarının ləğv edilməsi haqqında ərizə “ Arbitraj haqqında ” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddətlər ərzində arbitrajın yeri üzrə kommersiya məhkəməsinə verilir.