488.1. Ərizəyə onun məhkəməyə daxil olduğu gündən 30 (otuz) gün ərzində bu fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllədə nəzərdə tutulmuş birinci instansiya məhkəməsi tərəfindən işə baxılması qaydalarına uyğun olaraq baxılır.
488.2. İşə baxan məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə prosesin hazırlıq mərhələsində tərəflərdən və ya tərəflərə iş materiallarının təqdim edilmədiyi hallarda daimi arbitraj təşkilatından və ya arbitraj işinin materiallarını saxlamaq səlahiyyəti olan qurumdan məcburi icrasının təmin edilməsi barədə ərizə verilmiş arbitraj qərarına aid iş materiallarını tələb edə bilər.
488.3. Arbitraj icraatının tərəfləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməmələri işə baxılmasına mane olmur.
488.4. Məhkəmə işə baxarkən irəli sürülən tələb və etirazların əsaslandırıldığı sübutları araşdıraraq arbitraj qərarının məcburi icrasının təmin edilməsindən imtina edilməsi üçün əsasların olub-olmadığını müəyyən edir. Yerli arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsinə dair ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.
488.5. Məhkəmə yalnız bu Məcəllənin 483.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə arbitraj məhkəməsinin qərarının məcburi icrasından imtina edə bilər.
488.6. Eyni məhkəmənin icraatında həm arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi, h Maddə … rarının məcburi icrasından imtina edə bilər.
488.6. Eyni məhkəmənin icraatında həm arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi, həm də həmin qərarın ləğv edilməsi barədə iş vardırsa, həmin işlər bu Məcəllənin 169.4-cü maddəsinə uyğun olaraq bir icraatda birləşdirilir.
488.7. Müxtəlif məhkəmələrin icraatında arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi və həmin qərarın ləğv edilməsi barədə işlər vardırsa, arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi barədə işi qəbul etmiş məhkəmə digər məhkəmədə iş həll edilənədək iş üzrə icraatı bu Məcəllənin 254.1.4-cü maddəsinə uyğun olaraq dayandırır.
488.8. Yerli arbitraj məhkəməsinin qərarının bu Məcəllənin 483-cü maddəsinin müddəalarına uyğun olaraq ləğv edilməsi barədə məhkəməyə müraciət edilmişdirsə, bu arbitraj qərarının ləğvi üçün irəli sürülmüş əsaslar arbitraj qərarının məcburi icrasının təmin edilməsi barədə müraciət edilən məhkəmə tərəfindən yenidən nəzərdən keçirilə bilməz.
488.9. İşə baxılma nəticəsində məhkəmə arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi və ya bundan imtina barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır. Arbitraj məhkəməsinin qərarının tam və ya qismən məcburi icrasının təmin edilməsi haqqında qərar əsasında icra vərəqəsi verilir.
488.10. Arbitraj məhkəməsinin qərarının məcburi icrasının təmin edilməsi və ya bundan imtina barədə məhkəmə qərarlarından bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şika Maddə … məcburi icrasının təmin edilməsi və ya bundan imtina barədə məhkəmə qərarlarından bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı qətidir. Fəsil 54 MÜVƏQQƏTİ TƏMİNAT TƏDBİRLƏRİNİN TƏTBİQİ BARƏDƏ ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏRARLARININ TANINMASI VƏ İCRASI