QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 7

Maddə 7. Hakimlərin müstəqilliyi

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər.

7.2. Hakimlər mülki işləri və kommersiya mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə həll edirlər.

7.3. Başqası tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə məhdudlaşdırılması, qanunsuz təsir, hədə-qorxu, müdaxilə yol verilməzdir və qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver