QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 71

Maddə 71. Məhkəmədə nümayəndə ola bilməyən şəxslər

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

71.1. Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və ya himayəçilik altında olan şəxslər məhkəmədə nümayəndə ola bilməzlər.

71.2. Hakimlər, müstəntiqlər, prokurorlar, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, onların prosesdə müvafiq orqanın səlahiyyətli təmsilçiləri və ya qanuni nümayəndələr kimi iştirak etdiyi hallar istisna edilməklə, məhkəmədə nümayəndə ola bilməzlər.

71.3. Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz. 71.3-1. Mediator mediasiya predmeti olan mübahisə üzrə məhkəmə prosesində tərəflərdən hər hansı birini təmsil edə bilməz. KM2

71.5. Bu Məcəllənin 71.1–71.3-cü maddələrində nəzərdə tutulmuş şəxslərə verilən etirazların həlli qaydası bu Məcəllənin 22-ci maddəsi ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver