QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 79

Maddə 79. Sübutların olduğu və saxlanıldığı yerdə müayinə və tədqiq edilməsi

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

79.2. Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və tədqiqatın aparılmasına mane olmur.

79.3. Zəruri hallarda, müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər, mütəxəssislər və şahidlər çağırıla bilər.

79.4. Sübutlar olduğu yerdə müayinə və tədqiq edildikdən sonra dərhal protokol tərtib edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver