87.1. Sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir.
87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
87.3. İşdə iştirak edən şəxslər, həmçinin arbitraj icraatının tərəfləri və ya ərizənin arbitraj məhkəməsi tərəfindən verildiyi halda arbitraj məhkəməsi sübutların təmin edilməsi haqqında ərizəyə baxılmanın vaxtı və yeri barədə xəbərdar edilirlər, onların gəlməməsi isə sübutların təmin edilməsi haqqında ərizəyə baxmağa mane olmur.
87.4. Məhkəmə sübutların təmin edilməsi haqqında qərardad çıxarır və orada icra edilmə qaydaları və üsullar göstərilir.
87.5. Protokollar və ya sübutları təmin etmə qaydasında toplanmış bütün materiallar işə baxan məhkəməyə, həmçinin ərizə arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi tərəfindən verildikdə, arbitraj məhkəməsinə göndərilir və işdə iştirak edən şəxslərə və ya arbitraj icraatının tərəfləri və yaxud arbitraj məhkəməsinə bu barədə məlumat verilir.
87.6. Sübutların təmin edilməsi barədə qərardada onu çıxaran məhkəmə tərəfindən yenidən baxıla bilər.