QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 94

Maddə 94. Maddi sübutlar üzərində sərəncam verilməsi

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

94.1. Maddi sübutlar məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra alındığı şəxslərə qaytarılır və ya məhkəmənin həmin şeylər üzərində hüququnu təsdiq etdiyi şəxslərə verilir, yaxud məhkəmənin müəyyən etdiyi qaydada reallaşdırılır.

94.2. Qanunla fiziki şəxslərin sahibliyində ola bilməyən predmetlər müvafiq orqanlara verilir.

94.3. Maddi sübutlar məhkəmə tərəfindən müayinə və tədqiq edildikdən sonra sübutu vermiş şəxslər onun qaytarılması barədə vəsatət versələr və bu cür vəsatətin təmin edilməsi işə baxılmasına zərər vurmazsa, iş qurtarana qədər sübutlar həmin şəxslərə qaytarıla bilər. 94.4 Maddi sübutlar üzərində sərəncam verilməsi məsələləri məhkəmənin qətnaməsində və ya qərardadında göstərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver