QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 99

Maddə 99. Ekspertizanın aparılması qaydası

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır.

99.2. Ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər.

99.3. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədirsə, məhkəmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman işdə iştirak edən şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər.

99.4. Ekspertizanın keçirilməsi iki və daha artıq ekspertə tapşırılarsa, onlar öz aralarında məsləhətləşə bilərlər. Ekspertlər ümumi nəticəyə gəldikdə, onlar bir ümumi rəy verirlər. Başqa ekspertlərlə razılaşmayan ekspert ayrıca rəy verir.

99.5. Ekspertiza ekspert idarələrində keçirildikdə rəy üçün məsuliyyəti həmin idarənin rəhbəri tərəfindən eksperti Maddə 99. … ılaşmayan ekspert ayrıca rəy verir.

99.5. Ekspertiza ekspert idarələrində keçirildikdə rəy üçün məsuliyyəti həmin idarənin rəhbəri tərəfindən ekspertiza keçirilməsi tapşırılan konkret ekspert və ekspertlər daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver