AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
«Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
«Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. «Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament» təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının «30» noyabr 2012-ci il tarixli
Q62-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. «Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi.
1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 may tarixli 197 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası DİN-in Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamə».
1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin Siyahısı»nın 2.5-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli 197 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası DİN-in Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamə»nin 3-cü bəndi.
DİN-in Baş Mühafizə İdarəsinin bank rekvizitləri
Alan bank: QSC «Bank Standart» KB
Müxbir hesab: AZ 66 NABZ 01350100000000003944
S.W.I.F.T. Bik MOSZAZ 22
Alan müştəri: DİN-in Baş Muhafizə İdarəsi
Hesab №-si: 320909440017507801
ödəmə üsulları: bank, poçt, plastik kart və ya internet vasitəsi ilə
2.3. Elektron xidmətin istifadəçiləri:
Dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.5. Elektron xidmət barədə məlumatlandırma:
elektron poçt: info@bmi.gov.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün hüquqi və fiziki şəxslər bu reqlamentə əlavə edilmiş ərizə ilə (əlavə №1), dövlət və yerli özünüidarəetmə orqanları isə məktubla müraciət edirlər.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar.
3.1. Elektron xidmət üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və həmin internet ünvana təqdim edilir.
3.1.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və icrası ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları:
Sorğu edən şəxs ödəmə şərtləri ilə razılaşmadıqda, mühafizəsi nəzərdə tutulan obyekt təhlükəsizliyin təmin edilməsi baxımından şərtlərə cavab vermədikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin əmlakın mühafizəyə götürülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur;
3.2.2. sorğunun qəbulu: internet səhifəsinə daxil olmuş sorğu icra üçün qəbul edilir.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və baxılması üçün Baş Mühafizə İdarəsinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üzrə Baş Mühafizə İdarəsinin rəisi məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti
Daxil olmuş müraciətə Baş Mühafizə İdarəsində baxıldıqdan sonra 10 gün müddətində mühafizə obyektinə baxış keçirilməsinin tarixi və vaxtı barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir. Əraziyə baxış keçirildikdən sonra imtina üçün əsas olmadıqda 20 gün müddətində:
-Müqavilə qabağı müayinə aktı tərtib olunur.
-Müqavilə qabağı müayinə aktında mühafizə xidmətinin növü müəyyənləşdirilir.
-Siqnalizasiya sistemləri ilə təchiz olunan obyektin smeta sənədləri tərtib edilərək mülkiyyətçiyə təqdim olunur.
-Mülkiyyətçi smeta sənədlərinə əsasən siqnalizasiya sistemlərinin quraşdırılmasına dair məbləği ödədikdən və obyekt siqnalizasiya sistemləri ilə təchiz edildikdən sonra istismara qəbul olunur və müqavilə bağlanılır.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat
3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası
Mülkiyyətçinin əmlakının mühafizəyə götürülməsi barədə qərar qəbul edildikdə, sorğu qeydiyyata alındığı tarixdən 1 aydan gec olmayaraq müqavilə bağlanılmasının tarixi, vaxtı və yeri barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir. Müqavilə mülkiyyətçi və Mühafizə xidməti tərəfindən qarşılıqlı tərtib olunaraq imzalanır və mülkiyyətçinin əmlakı mühafizəyə qəbul olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat»la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçilər onlara elektron xidmətin göstərilməsinə məsul olan Baş Mühafizə İdarəsinin rəisinin tabe olduğu yuxarı orqana və (və ya) məhkəməyə şikayət etmək hüququna malikdir;
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət kağız üzərində və elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Daxili İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 30 gün müddətində baxılır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisinə (Baş Mühafizə İdarəsinin ərazi mühafizə orqanlarının rəislərinə)
____________ yaşayan ____________________ tərəfindən
(ünvanı) (adı, soyadı, atasının adı)
telefon, _____________ faks __________ e-poçt ünvanı
_____ şəhəri, _________ rayonu, ___________ küçəsi ________ ünvanda yerləşən_______ obyektin mühafizəyə qəbul olunmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Mühafizə haqqının ödənilməsinə zəmanət verirəm.
Hüquqi şəxsin rəhbərinin və ya fiziki şəxsin İmzası _____
(adı, soyadı, atasının adı)
1. 16 noyabr 2015-ci il tarixli Q48-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511160048, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 noyabr 2015-ci il)
2. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
3. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)