Qanunvericilik › Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 28.06.2024) › Tam mətn

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 28.06.2024)

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 28.06.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

1. Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 28 iyun tarixli 3-27/3-7-9/2024 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Qeyd: Bakı şəhərinin inzibati ərazisində şəhərdaxili müntəzəm sərnişin daşımalarında istifadə olunan dizel mühərriki ilə təchiz edilmiş avtobuslar istisna olmaqla, şəhərdaxili müntəzəm sərnişin daşımalarında konkret marşrut üzrə istifadə edilən bütün avtobuslarda (sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyən, yaxud 2025-ci il 1 yanvar tarixindən sonra istehsal edilən və dizel mühərriki ilə işləyən) gediş haqqının ödəniş aləti vasitəsilə ödənildiyi halda həmin avtobuslara münasibətdə bu Cədvəldə qeyd olunan tarifə əlavə 0,10 manat tarif tətbiq edilir.

1. 18 sentyabr 2025-ci il tarixli 3-27/3-7-12/2025 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202509183712, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 sentyabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver