Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının 2.4.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 avqust 2026-cı il
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 27.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsini müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi məqsədilə ilk növbədə müvafiq bazarın iştirakçısı olan təsərrüfat subyektlərinin müvafiq bazarda bazar payları hesablanır. Təsərrüfat subyektlərinin müvafiq bazarda bazar payları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nın 7.1-ci bəndinə uyğun olaraq hesablanır.
2.2. Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsi müvafiq bazarda təhlil edilən dövr ərzində fəaliyyət göstərən təsərrüfat subyektlərinin bazar paylarına dair məlumatlardan istifadə etməklə “Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nın 1.2.1-ci yarımbəndinə uyğun olaraq Herfindal-Hirşman İndeksi (HHİ göstəricisi) ilə aşağıdakı düsturlarla müəyyən edilir:
HHİ - Herfindal-Hirşman İndeksi
s - təsərrüfat subyektinin bazar payı.
2.3. HHİ göstəricisi 0 və 10000 (100 faiz) kəmiyyətləri arasında dəyər alır. HHİ göstəricisinin 0-1500 (0-15 faiz) arasında müəyyənləşməsi müvafiq bazarda təmərküzləşmənin aşağı səviyyədə olduğunu, 1500-2500 arasında (15-25 faiz) müəyyənləşməsi müvafiq bazarda təmərküzləşmənin orta səviyyədə olduğunu, 2500-dən (25 faizdən) yuxarı həddə müəyyənləşməsi isə müvafiq bazarda təmərküzləşmənin yüksək səviyyədə olduğunu göstərir. HHİ göstəricisinin 1500-dən (15 faizdən) aşağı səviyyədə müəyyənləşməsi rəqabətli bazar strukturunu, 10000 kəmiyyəti (100 faiz) alması isə tam inhisar bazar strukturunu ifadə edir.
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda bazar subyektləri tərəfindən təmərküzləşmələr haqqında rəqabət orqanına təqdim edilmiş ərizələrə baxılması, habelə rəqabət orqanına məlumat vermədən baş tutmuş və razılıq alınması tələb olunan təmərküzləşmələrin rəqabət orqanının öz təşəbbüsü ilə araşdırılması və təmərküzləşmələrə nəzarət tədbirləri zamanı tətbiq edilir.
1.3. Bu Qaydaya uyğun olaraq təmərküzləşmələrin qiymətləndirilməsi zamanı iqtisadi nəzəriyyə, empirik və iqtisadi statistika əsaslı təhlillər aparılır, habelə müvafiq bazarla şaquli və üfüqi əlaqəli olan qonşu bazarlarda (bundan sonra – qonşu bazar) rəqabət vəziyyəti nəzərə alınır.
1.4. Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi aşağıdakı qaydada həyata keçirilir:
1.4.1. müvafiq bazarda rəqib və ya potensial rəqib olan təsərrüfat subyektləri arasında həyata keçirilən təmərküzləşmələr (bundan sonra – üfüqi təmərküzləşmə) bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada;
1.4.2. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən biri digərinin alıcısı, təchizatçısı və ya digər formada iqtisadi fəaliyyətini davam etdirməsi üçün vacib olan məhsulu təmin edən təsərrüfat subyekti olduğu və ya sadalanan fəaliyyətlərin göstərildiyi müvafiq məhsul və ya coğrafi bazarın iştirakçısı olduğu təmərküzləşmələr (bundan sonra – şaquli təmərküzləşmə) bu Qaydanın 3-cü hissəsi ilə müəyyən edilmiş qaydada;
1.4.3. bu Qaydanın 1.4.1-ci və 1.4.2-ci yarımbəndlərində göstərilən təsərrüfat əlaqələrinə sahib olmayan təsərrüfat subyektləri arasında həyata keçirilən təmərküzləşmələr (bundan sonra – digər təmərküzləşmə) bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada.
1.5. Bu Qaydada istifadə olunan anlayışlar Məcəllə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2.1. Üfüqi təmərküzləşmələr qiymətləndirilərkən müvafiq bazarın iştirakçıları arasında təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin bazar payları toplanır. Təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin son 6 (altı) ay ərzində toplanmış bazar payının Məcəllənin 15.1-15.4-cü maddələrinə uyğun olaraq bazarda hökmran mövqe tutmasına əsas verməsi Məcəllənin 28.2-ci maddəsində nəzərdə tutulan hökmran mövqenin yaradılması kimi qiymətləndirilir.
2.2. Təmərküzləşmə nəticəsində aşağıdakı hallardan azı üçünün müşahidə edilməsi Məcəllənin 28.2-ci maddəsinə uyğun olaraq hökmran mövqenin gücləndirilməsi ilə nəticələnən təmərküzləşmə kimi qiymətləndirilir:
2.2.1. Herfindal-Hirşman İndeksi (HHİ göstəricisi) 1500-dən (15 faizdən) yüksək olan müvafiq bazarlarda nəzərdə tutulan təmərküzləşmə nəticəsində HHİ göstəricisinin azı 1000 vahid (10 faiz) artması;
2.2.2. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin son 6 (altı) ay ərzində toplanmış bazar paylarının azı 45 faiz olması və təmərküzləşmə iştirakçılarından birinin mühüm əhəmiyyətli resursa sahib olması;
2.2.3. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin toplanmış bazar paylarının azı 45 faiz olması və təmərküzləşmə iştirakçılarından birinin təmərküzləşmənin həyata keçirildiyi müvafiq bazarla qonşu bazarda fəaliyyət göstərməsi;
2.2.4. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin toplanmış bazar paylarının azı 35 faiz olması və təmərküzləşmə nəticəsində digər təsərrüfat subyektlərinin məhsulu almaq və satmaq imkanlarının məhdudlaşdırılması;
2.2.5. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin toplanmış bazar paylarının azı 35 faiz olması və rəqabəti məhdudlaşdırma potensialı daşıyan koordinasiya imkanlarının genişlənməsi;
2.2.6. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin toplanmış bazar paylarının azı 35 faiz olması və təmərküzləşmə nəticəsində qonşu bazarda təsərrüfat subyektlərinin satış məhsulunun qiyməti ilə alış məhsulunun qiyməti arasında fərqi azaltması və bazara giriş maneləri yaratması imkanlarının mövcud olması.
2.3. Aşağıdakı hallar Məcəllənin 28.2-ci maddəsində nəzərdə tutulan rəqabəti məhdudlaşdıran və ya məhdudlaşdıra bilən təmərküzləşmələr kimi qiymətləndirilir:
2.3.1. müvafiq bazarda təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən azı birinin qadağan edilmiş üfüqi sazişin tərəfi olması barədə rəqabət orqanının qərarının olması;
2.3.2. təmərküzləşmədən sonra təmərküzləşmədə iştirak edən təsərrüfat subyektləri tərəfindən müvafiq bazarda qiymət artımının baş verməsi ehtimalı qarşısında onların rəqiblərinin istehsal miqdarını artırmaqla və ya digər üsullarla qiymət artımı risklərini neytrallaşdıraraq müvafiq bazarda qiymətlərin ümumi səviyyəsinin qalxmasının qarşısını almaq imkanlarının mövcud olmaması;
2.3.3. təmərküzləşmədən sonra müvafiq bazarda müstəqil fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayının azalmasının rəqiblər arasında uyğunlaşdırılmış hərəkət (hərəkətsizlik) imkanlarını genişləndirərək qeyri-qanuni üfüqi sazişlərə əlverişli şərait yaratması;
2.3.4. təmərküzləşmədən sonra qonşu bazarlarda təmərküzləşmə iştirakçılarının bazar gücünü artırmaq imkanlarının yaranması və bundan sui-istifadə etmə imkanlarının mövcud olması.
2.4. Bu Qaydanın 2.1 – 2.3-cü bəndlərində qeyd olunan rəqabət risklərinin olmasına baxmayaraq aşağıdakı hallardan azı üçünün baş verməsi imkanları mövcud olduqda, təmərküzləşmə Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan təmərküzləşmənin müvafiq texnoloji, səmərələşdirici və ya digər rəqabətdəstəkləyici nəticələrinin həmin bazarda rəqabəti məhdudlaşdırma təsirindən üstün olması, istehlakçıların mənafeyinə ziyan vurmadığı və bu nəticələrin başqa üsullarla əldə edilməsi imkanının olmadığı hal kimi qiymətləndirilir və Məcəllənin 31.10-cu maddəsinə uyğun olaraq əlavə şərtlər müəyyən edilərək sözügedən təmərküzləşməyə razılıq verilir:
2.4.1. təmərküzləşmədən sonra miqyas təsiri nəticəsində istehsal həcminin artması, məhsul başına düşən xərclərin azalması və səmərəliliyin artırılması səbəbindən müvafiq bazarda 1 (bir) il ərzində qiymətlərin ümumi səviyyəsinin 20 faizdən çox azalması;
2.4.2. təmərküzləşmə nəticəsində yaranan texnoloji və ya səmərələşdirici elementin müvafiq bazarda məhsuldarlığın artmasına, innovasiyanın sürətlənməsinə və qiymətlərin azalmasına səbəb olması;
2.4.3. müvafiq bazarda iqtisadi səmərəliliyin artırılması üzrə nəzərdə tutulan təmərküzləşmədən başqa üsulun (həllin) olmadığına dair təmərküzləşmədə iştirak edən təsərrüfat subyektləri tərəfindən təsdiqedici məlumatların təqdim edilməsi;
2.4.4. təmərküzləşmə nəticəsində müvafiq bazarda sənayedə praktiki cəhətdən istifadə edilə bilən innovativ xarakterə malik yeni məhsul istehsalının və (və ya) ixracının mümkün olması.
3.1. İştirakçılarından biri müvafiq bazarda son 6 (altı) ay ərzində Məcəllənin 15.1-ci maddəsinə əsasən hökmran mövqeyə malik olduqda və təmərküzləşmənin digər iştirakçısı isə Məcəllənin 15.1-ci və 15.4-cü maddələrinə əsasən hökmran mövqeyə malik olduqda, təmərküzləşmə Məcəllənin 28.2-ci maddəsində nəzərdə tutulan hökmran mövqenin yaradılması və ya gücləndirilməsi ilə nəticələnən (və ya nəticələnə bilən) kimi qiymətləndirilir.
3.2. Aşağıdakı hallardan azı ikisinin olduğu halda təmərküzləşmə Məcəllənin 28.2-ci maddəsində nəzərdə tutulan rəqabəti məhdudlaşdıran və ya məhdudlaşdıra bilən təmərküzləşmə kimi qiymətləndirilir:
3.2.1. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən təchizat zənciri üzrə satıcı qismində çıxış edən və hökmran mövqedə olan təsərrüfat subyektinin satdığı məhsulun (xammal, aralıq mal, xidmət və s.) alıcının iştirakçısı olduğu bazarda son məhsulun yaradılması xərclərinin 50 faizdən artıq hissəsini təşkil etməsi;
3.2.2. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən təchizat zənciri üzrə satıcı qismində çıxış edən və hökmran mövqedə olan təsərrüfat subyektinin alıcının iştirakçısı olduğu bazarın bütün iştirakçılarının ən az 50 faizinə məhsul satışı həyata keçirməsi;
3.2.3. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin fəaliyyət göstərdiyi müvafiq bazarlardan birinin orta və yüksək səviyyəli giriş maneələrinə malik olmaqla bərabər, məhdud iştirakçılı inhisar bazarı (oliqopolistik bazar) olması və ya HHİ göstəricisinin 2500-dən (25 faizdən) yüksək olması;
3.2.4. təchizat zənciri üzrə alıcı qismində fəaliyyət göstərən təsərrüfat subyektinin satıcı qismində fəaliyyət göstərən təchizatçıları əlavə məsrəfsiz digər təchizatçılarla əvəz etmək imkanının mövcud olmaması;
3.2.5. təsərrüfat subyektlərindən birinin digər təsərrüfat subyektinin həlledici nəzarətinə keçməsi nəticəsində, həlledici nəzarəti həyata keçirən təsərrüfat subyektinin bazarda rəqabət mühitinə dair risklər yarada biləcək üstünlük əldə etməsi;
3.2.6. təmərküzləşmədən sonra təchizat zənciri üzrə satıcı və alıcıların satış qiymətləri arasında fərqi azaltması və digər təsərrüfat subyektlərinin bazara girməsini məhdudlaşdıran halların tətbiqinin mümkün olması.
3.3. Aşağıdakı hallardan azı üçünün baş verməsi imkanları mövcud olduqda, təmərküzləşmə bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd olunan rəqabət risklərinin olmasına baxmayaraq, Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan təmərküzləşmənin müvafiq texnoloji, səmərələşdirici və ya digər rəqabətdəstəkləyici nəticələrinin həmin bazarda rəqabəti məhdudlaşdırma təsirindən üstün olması, istehlakçıların mənafeyinə ziyan vurmadığı və bu nəticələrin başqa üsullarla əldə edilməsi imkanının olmadığı hal kimi qiymətləndirilir və Məcəllənin 31.10-cu maddəsinə uyğun olaraq əlavə şərtlər müəyyən edilərək sözügedən təmərküzləşməyə razılıq verilir:
3.3.1. təmərküzləşmədən sonra miqyas təsiri nəticəsində istehsal həcminin artması, məhsul başına düşən xərclərin azalması və səmərəliliyin artırılması səbəbindən müvafiq bazarda 1 (bir) il ərzində qiymətlərin ümumi səviyyəsinin 20 faizdən çox azalması imkanı;
3.3.2. təmərküzləşmə nəticəsində yaranan texnoloji və ya səmərələşdirici elementin müvafiq bazarda məhsuldarlığın artmasına, innovasiyanın sürətlənməsinə və qiymətlərin azalmasına səbəb olması;
3.3.3. müvafiq bazarda iqtisadi səmərəliliyin artırılması üzrə nəzərdə tutulan təmərküzləşmədən başqa üsulun (həllin) olmadığına dair təmərküzləşmədə iştirak edən təsərrüfat subyektləri tərəfindən təsdiqedici məlumatların təqdim edilməsi;
3.3.4. təmərküzləşmə nəticəsində müvafiq bazarda sənayedə praktiki cəhətdən istifadə edilə bilən innovativ xarakterə malik yeni məhsul istehsalının və (və ya) ixracının mümkün olması.
4.1. Digər təmərküzləşmələr aşağıdakı xüsusiyyətlərdən azı ikisinə malik olduğu halda Məcəllənin 28.2-ci maddəsində nəzərdə tutulan rəqabəti məhdudlaşdıran və ya məhdudlaşdıra bilən təmərküzləşmə kimi qiymətləndirilir:
4.1.1. təmərküzləşmədən sonra təmərküzləşmə iştirakçıları tərəfindən bir məhsulun satışında digər məhsulun alışının məcbur edilməsi imkanlarının mövcud olması;
4.1.2. təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin təmsil olunduğu bazarlardakı rəqiblərinin bu cür üfüqi olmayan təmərküzləşmə halında olması;
4.1.3. bir məhsula dair müştəri məlumatlarından digər təmərküzləşmə iştirakçısının istifadəsi nəticəsində özünə birtərəfli bazar üstünlüyü yaratması;
4.1.4. təmərküzləşmə nəticəsində təmərküzləşmiş təsərrüfat subyekti tərəfindən rəqiblərinin fəaliyyət göstərməsi üçün əhəmiyyətli olan xammala, şəbəkəyə, təchizat sisteminə və digər resurslara əlçatanlığının məhdudlaşdırılması.
4.2. Bu Qaydanın 4.1-ci bəndində qeyd edilən xüsusiyyətlər təsərrüfat subyektlərinin bütün məhsul qrupları üzrə satış məlumatları, müştəri və alıcı məlumatları, müştəri və alıcıları ilə aralarındakı müqavilələr və digər məlumatların təhlili əsasında müəyyən edilir. Risklərin təhlili bu Qaydanın 1.3-cü bəndində qeyd olunan üsullarla aparılır.
4.3. Digər təmərküzləşmələrə aşağıdakı hallarda Məcəllənin 31.10-cu maddəsinə uyğun olaraq əlavə şərtlərlə razılıq verilir:
4.3.1. təmərküzləşmə iştirakçılarından biri digər təmərküzləşmə iştirakçısı olan təsərrüfat subyektinin istifadə edə biləcəyi mühüm əhəmiyyətli resursa malik olduqda;
4.3.2. müvafiq bazarlardan azı biri məhdud iştirakçılı inhisar bazarı (oliqopolistik bazar) xüsusiyyəti daşıdıqda və ya təmərküzləşmə iştirakçılarının təmsil olunduğu bazarlarda orta və ya yüksək səviyyəli giriş maneələri mövcud olduqda;
4.3.3. təmərküzləşmə iştirakçılarından biri təmərküzləşməyə qədər fəaliyyət göstərdiyi sahələrdə şəbəkə effektinə malik olduqda və nəzərdə tutulan təmərküzləşmədən sonra onun şəbəkə effektini daha da artırmaq imkanları mövcud olduqda;
4.3.4. təmərküzləşmə iştirakçılarından biri müvafiq bazarda hökmran mövqeyə malik olduqda.
4.4. Bu Qaydanın 4.1 – 4.3-cü bəndlərində qeyd olunan rəqabət risklərinin olmasına baxmayaraq aşağıdakı hallardan azı üçünün baş verməsi imkanı mövcud olduqda, təmərküzləşmə Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan təmərküzləşmənin müvafiq texnoloji, səmərələşdirici və ya digər rəqabətdəstəkləyici nəticələrinin həmin bazarda rəqabəti məhdudlaşdırma təsirindən üstün olması, istehlakçıların mənafeyinə ziyan vurmadığı və bu nəticələrin başqa üsullarla əldə edilməsi imkanının olmadığı hal kimi qiymətləndirilir və Məcəllənin 31.10-cu maddəsinə uyğun olaraq əlavə şərtlər müəyyən edilərək sözügedən təmərküzləşməyə razılıq verilir:
4.4.1. təmərküzləşmədən sonra miqyas təsiri nəticəsində istehsal həcminin artması, məhsul başına düşən xərclərin azalması və səmərəliliyin artırılması səbəbindən müvafiq bazarda 1 (bir) il ərzində qiymətlərin ümumi səviyyəsinin 20 faizdən çox azalması;
4.4.2. təmərküzləşmə nəticəsində yaranan texnoloji və ya səmərələşdirici elementin müvafiq bazarda məhsuldarlığın artmasına, innovasiyanın sürətlənməsinə və qiymətlərin azalmasına səbəb olması;
4.4.3. müvafiq bazarda iqtisadi səmərəliliyin artırılması üzrə nəzərdə tutulan təmərküzləşmədən başqa üsulun (həllin) olmadığına dair təmərküzləşmədə iştirak edən təsərrüfat subyektləri tərəfindən təsdiqedici məlumatların təqdim edilməsi;
4.4.4. təmərküzləşmə nəticəsində müvafiq bazarda sənayedə praktiki cəhətdən istifadə edilə bilən innovativ xarakterə malik yeni məhsul istehsalının və (və ya) ixracının mümkün olması.