Qanunvericilik › "Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər"in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.05.2013) › Tam mətn

"Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər"in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.05.2013)

"Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər"in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.05.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.3.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 3 may 2013-cü il

1.1. Bu Tələblər Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 180.3-cü və 181.5-ci maddələrinə əsasən hazırlanmışdır və müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə və anbar sahibinə dair tələbləri müəyyən edir.

1.2. Müvəqqəti saxlanc anbarlarında Gömrük Məcəlləsinin 178.1.1-178.1.3-cü maddələrində nəzərdə tutulmuş xarici mallar, gömrük anbarlarında isə xarici mallar, habelə Gömrük Məcəlləsinin 182-ci maddəsinə uyğun olaraq, daxili mallar yerləşdirilə bilər.

2.1. Bu Tələblərdə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. anbar – bu Tələblərə cavab verən müvəqqəti saxlanc anbarı və ya gömrük anbarı;

2.1.2. anbar sahibi – müvəqqəti saxlanc anbarını və ya gömrük anbarını təsis etmiş şəxs.

3.1. Müvəqqəti saxlanc və gömrük anbarları açıq tipli və ya müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.

3.2. Açıq tipli anbarlardan istənilən şəxs istifadə edə bilər.

3.3. Anbarlar üçün yerüstü bağlı tikililərdən və açıq meydançalardan istifadə edilir.

3.4. Anbarların quruluşu aşağıdakıları təmin etməlidir:

3.4.1. malların mühafizəsinin həyata keçirilməsini;

3.4.2. kənar şəxslərin (anbarın işçiləri, mallar barəsində səlahiyyəti olan şəxslər və onların nümayəndələri, habelə gömrük orqanlarının vəzifəli şəxsləri istisna olmaqla) mallara buraxılışının istisna edilməsini;

3.4.3. gömrük nəzarətinin həyata keçirilməsi imkanının olmasını;

3.4.4. anbarlara gömrük nəzarətindən kənar malların daxil olmasının və oradan çıxarılmasının istisna edilməsini;

3.4.5. malların anbara gətirilməsi və oradan aparılması üçün müvafiq yolların olmasını;

3.4.6. malları daşıyan nəqliyyat vasitələrinin saxlanılması üçün mühafizə olunan və ödənişsiz xidmət göstərən dayanacağın olmasını;

3.4.7. anbarın ərazisinin hasarlanması (anbarın yeri və quruluşu bunu mümkün etdikdə) və qanunvericilikdə gömrük nəzarəti zonaları üçün nəzərdə tutulmuş qaydada nişanlanmasını;

3.4.8. malların anbarın ərazisinə gətirilməsinə və oradan aparılmasına nəzarət etmək məqsədi ilə nəzarət-buraxılış məntəqələrinin yaradılması və digər nəzarət vasitələrinin quraşdırılmasını;

3.4.9. anbarın ərazisində malların boşaldılması və yüklənilməsi üçün meydançaların olmasını.

3.5. Qapalı tipli anbarlar bu Tələblərin 3.4.1-3.4.4-cü yarım-bəndlərində göstərilən tələblərə cavab verdikdə, həmin anbarlara münasibətdə 3.4-cü bəndində nəzərdə tutulan digər tələblərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin razılığı ilə tətbiq edilməməsinə yol verilir.

3.6. Anbarlar malların avtomatlaşdırılmış uçotu sistemi, yükləmə-boşaltma üçün xüsusi vasitələr, rabitə vasitələri və digər texniki vasitələr ilə təchiz edilir.

3.7. Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraitini tələb edən mallar anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanılır.

4.1. Anbarlarda yerləşdirilən mallar aşağıdakı əməliyyatlara məruz qala bilər:

4.1.1. malların müayinə edilməsi, ölçülməsi və anbarın ərazisi daxilində daşınması;

4.1.2. malların qorunması və qablaşdırılması;

4.1.3. malların xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin qruplaşdırılması, çeşidlənməsi, markalanması və yenidən qablaşdırılması;

4.1.4. malların satış və daşınma üçün hazırlanması;

4.1.5. malların tarif təsnifatını, gömrük dəyərini və ya gömrük statusunu müəyyənləşdirmək üçün onlardan prob və ya nümunələrin götürülməsi;

4.1.6. Gömrük Məcəlləsinin 182-ci maddəsinə uyğun olaraq, malların gömrük anbarında emalı.

4.2. Bu Tələblərin 4.1-ci bəndində nəzərdə tutulmuş əməliyyatlar gömrük orqanının icazəsi əsasında və nəzarəti altında həyata keçirilir.

4.3. Bu Tələblərin 4.1-ci bəndində (4.1.6-cı yarımbəndi istisna olmaqla) nəzərdə tutulmuş hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilmir.

5.1. Anbar sahibi anbarda yerləşdirilmiş malların uçotunu aparmalı və bu Tələblərin 5.2-ci bəndinə uyğun olaraq, mallar üzrə hesabatı kağız üzərində yazılı və ya elektron formada gömrük nəzarətini həyata keçirən gömrük orqanına təqdim etməlidir.

5.2. Anbarda yerləşdirilən mallar üzrə hesabat 3 (üç) ayda bir dəfədən az olmayaraq gömrük orqanına təqdim edilir. Qanunvericiliyin tələblərinin pozulması barədə kifayət qədər əsas olduqda, gömrük orqanının vəzifəli şəxsi anbar sahibinə bildiriş göndərməklə, anbarda yerləşdirilən mallar üzrə hesabatın təqdim olunmasını tələb edə bilər.

5.3. Anbarlarda yerləşdirilmiş malların uçotu bu Tələblərin 1 nömrəli əlavəsinə uyğun olaraq aparılır.

5.4. Anbar sahibləri gömrük rəsmiləşdirilməsini və nəzarətini həyata keçirən gömrük orqanına müvəqqəti saxlanc və gömrük anbarlarında yerləşdirilmiş mallar üzrə bu Tələblərin 2 nömrəli əlavəsi ilə müəyyən olunmuş formada hesabat verirlər.

6.1. Mallar müvəqqəti saxlanc və gömrük anbarlarında gömrük nəzarəti altında yerləşdirilir.

6.2. Müvəqqəti saxlanc və gömrük anbarlarında Gömrük Məcəlləsinin 93-cü maddəsinə uyğun olaraq, gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.

6.3. Gömrük orqanlarının vəzifəli şəxsləri müvəqqəti saxlanc və gömrük anbarlarında qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük baxışını həyata keçirirlər.

6.4. Gömrük Məcəlləsinin 98.11-ci maddəsində nəzərdə tutulmuş hallarda müvəqqəti saxlanc və ya gömrük anbarlarının sahiblərinə münasibətdə xüsusi gömrük auditi həyata keçirilir.

6.5. Fors-major halları istisna edilməklə, gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük orqanlarının icazəsi əsasında gömrük anbarından müvəqqəti çıxarıla bilər.

6.6. Gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə Gömrük Məcəlləsinin 15.1-ci maddəsinə uyğun olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinə əvəzsiz istifadə üçün lazımi xidmət və məişət otaqları, avadanlıq və rabitə vasitələri verilir.

7.2. Anbar sahibi gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənilməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin belə malların saxlandığı yerlərin açılmasını təmin etməlidir.

7.3. Malları anbara yerləşdirən şəxslə anbar sahibinin münasibətləri mülki‑hüquqi müqavilə əsasında qurulur.

"Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər"ə

Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər"ə

"____"_________________201 ____ il

1. 6 oktyabr 2016-cı il tarixli 388 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1706)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver