Qanunvericilik › Muzeylər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Muzeylərin yaradılması qaydası və məqsədi

Muzeylər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında muzeylər mədəniyyət, elmi tədqiqat, maarifləndirmə funksiyalarını yerinə yetirən müəssisə forması kimi, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada yaradılır.

Azərbaycan Respublikasında muzeylər:

muzey əşyalarının və kolleksiyalarının aşkar edilməsi, toplanması, qorunması öyrənilməsi və təbliği;

Azərbaycan xalqının milli sərvətləri, tarixi və görkəmli şəxsiyyətləri ilə geniş xalq kütlələrini tanış etmək, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb etmək;

muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yaradılırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver