22.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları narkoloji xəstəliklərin və insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə bağlı nəticələrin (cinayətlərin, inzibati xətaların törədilməsi, ölüm hadisələri və onların səbəbləri, intihar etmə, əlillik, xəsarət alma, zəhərlənmə, somatik və yoluxucu xəstəliklərə düçar olma hallarının) qeydiyyatını aparırlar.
22.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı narkoloji xəstəliklərin və insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə bağlı nəticələr barəsində məlumatları toplayır, sistemləşdirir və təhlil edir.
22.3. Azərbaycan Respublikasının bütün tibb müəssisələri narkoloji xəstəliklərin və insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə bağlı nəticələr barədə məlumatları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməyə borcludurlar.