9.1. Narkoloji yardımı aşağıdakı tədbirlər təşkil edir:
9.1.1. insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin qiymətləndirilməsi və ehtiyac olduqda onlara ixtisaslaşdırılmış narkoloji yardımının göstərilməsi;
9.1.2. narkoloji xəstələrin səhhətinin və psixoloji vəziyyətinin qiymətləndirilməsi, narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi (tibbi yoxlama);
9.1.3. narkoloji xəstələrin müalicəsi;
9.1.4. əvəzedici terapiyanın həyata keçirilməsi;
9.1.5. narkoloji xəstələrin səhhəti üzərində sonrakı müşahidənin həyata keçirilməsi;
9.1.6. narkoloji xəstələr barəsində psixoloji reabilitasiya və psixoloji korreksiya tədbirlərinin həyata keçirilməsi.
9.2. Azərbaycan Respublikasının ərazisində narkoloji yardım Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həkim-narkoloqlar tərəfindən göstərilir.
9.3. Narkoloji yardım göstərilmiş hər bir şəxs barəsində qeydiyyat aparılmalıdır.