Qanunvericilik › Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Tranzit sərnişinlərin müalicəsi məqsədilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə müalicə məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və istifadə miqdarı həddində narkotik vasitələr və psixotrop maddələr apara bilər.

11.2. Əgər müalicəsini davam etdirmək üçün bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş şəxsin narkotik vasitələrə və psixotrop maddələrə əlavə tələbatı yaranarsa, həmin tələbatın ödənilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver