18.1. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə icazə almış şəxslər hər ay onların sərəncamında olan narkotik vasitələrin və psixotrop maddələrin inventarlaşdırılmasını aparmalı, malların və digər maddi dəyərlərin balansını tərtib etməlidirlər.
18.2. Balansda üzə çıxan fərqlər, yaxud balansda olan rəqəmlərlə aparılan inventarlaşdırılmanın nəticələri arasında uyğunsuzluqlar aşkar edildikdə, bu barədə 3 gün müddətində icazə almış şəxslər tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
18.3. Narkotik vasitələrin və psixotrop maddələrin sayı və vəziyyəti haqqında bütün dəyişikliklər operativ şəkildə xüsusi jurnalda qeyd olunur. Belə jurnalların aparılması və saxlanılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.