Qanunvericilik › Naxçıvan Muxtar Respublikasına hava ilə uçuş tariflərinin tənzimlənməsi haqqında (Prezidentin fərmanı, 26.01.1994) › Tam mətn

Naxçıvan Muxtar Respublikasına hava ilə uçuş tariflərinin tənzimlənməsi haqqında (Prezidentin fərmanı, 26.01.1994)

Naxçıvan Muxtar Respublikasına hava ilə uçuş tariflərinin tənzimlənməsi haqqında (Prezidentin fərmanı, 26.01.1994) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində olması ilə bağlı onunla Azərbaycan Respublikasının digər şəhər və rayonlarının nəqliyyat əlaqəsini yalnız hava yolu vasitəsilə həyata keçirməyin mümkünlüyünü nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasında yaşayan əhalinin sosial müdafiəsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Naxçıvan Muxtar Respublikasının blokadası dövründə Muxtar Respublikadan Azərbaycan Respublikasının digər şəhərlərinə və geriyə uçuş tariflərinin güzəştli sistemini hazırlayıb təsdiq etsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 4 fevral tarixli 295 saylı Sərəncamı qüvvəsini itirmiş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 1994-cü il.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver