Qanunvericilik › Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Tam mətn

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddələr 11-12; Azərbaycan Respublikasının 2005-ci il 15 aprel tarixli 884-IIKQD nömrəli Konstitusiya Qanunu; 2005-ci il, № 10, maddə 906; 2006-cı il, № 1, maddə 1) aşağıdakı əlavələr və dəyişikliklər təsdiq edilsin:

1. 5-ci maddənin II hissəsinə aşağıdakı məzmunda 10-cu bənd əlavə edilsin və 10-19-cu bəndlər müvafiq olaraq 11-20-ci bəndlər hesab edilsin:

"10) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir;".

2. 24-cü maddənin I hissəsinə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin və 3-9-cu bəndlər müvafiq olaraq 4-10-cu bəndlər hesab edilsin:

"3) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin statusu;".

3. 25-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin və 7-8-ci bəndlər müvafiq olaraq 8-9-cu bəndlər hesab edilsin:

"7) Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;".

II. Bu Konstitusiya Qanunu imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2006-cı il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver