I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:
1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər;
2) Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusu;
4) Azərbaycan Respublikasının iqtisadi və vergi siyasətinə uyğun olaraq vergilər;
5) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;
6) sosial təminat;
7) ətraf mühitin qorunması;
8) turizm;
9) səhiyyə, elm və mədəniyyət, habelə Naxçıvan Muxtar Respublikasının fəxri adları;
10) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.
II. Bu maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul edilir.