“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 3.1.3-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası
1. “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” təsdiq edilsin (əlavə olunur).
1-1. Bu Qərarla təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə doldurularaq vergi orqanına təqdim edilir.
2. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
3. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının
2022-ci il 14 mart tarixli 6 nömrəli qərarı ilə
təsdiq edilmişdir ilə təsdiq edilmişdir.
1. Məlumat formasının təqdim edildiyi vergi orqanı:
2. Vergi ödəyicisinin VÖEN-i:
3. Vergi ödəyicisinin adı:
4. Qısa idxal bəyannaməsinin (və ya gömrük bəyannaməsinin) nömrəsi:
Məlumat formasını tərtib edən səlahiyyətli şəxsin:
məlumatın təqdim edilmə tarixi
imzası _______________________
Qeyd 1: Bu məlumat forması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) təqdim edilir. Qeyd 2: Mallar sifariş əsasında gətirildiyi halda belə həmin malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatlar bu məlumat formasının müvafiq olaraq 5.1 bəndindəqeyd olunmalıdır. Sifariş verən vergi ödəyicisi olmayan fiziki şəxsə məxsus mallar vergi orqanında uçota alınmayan təsərrüfat subyektində (obyektində) saxlanılacağı (boşaldılacağı) halda isə bu məlumat formasının 5.1-ci bəndinin "Təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan" xanası doldurulmalıdır. Qeyd 3: Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir və ya bir neçə təsərrüfat subyekti (obyekti) olduğu halda bu məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) və ya təsərrüfat subyektlərinə (obyektlərinə) boşaldılmış hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinin tələbləri qeyri-sahibkarlıq və şəxsi istifadə üçün idxal olunan mallara şamil edilmir.
1. 10 may 2023-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305100005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 may 2023-cü il)
2. 17 noyabr 2025-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202511170014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 noyabr 2025-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI