1. Qanunla və ya beynəlxalq müqavilə ilə başqa hallar nəzərdə tutulmayıbsa, nəqliyyat sahəsində yüklərin və nəqliyyat vasitələrinin sığortası könüllü formada həyata keçirilir.
2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu, tramvay və avtomobil nəqliyyatı vasitələri ilə daşınan sərnişinlərin (nəqliyyat vasitələri ilə şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir. Bu tələb yerinə yetirildiyi halda müvafiq nəqliyyat vasitələrinin istismarına icazə verilir.