1. Nəqliyyat təyinatlı torpaqlar aşağıdakılardır:
a) nəqliyyat obyektlərinin normal fəaliyyətinin təmin edilməsi üçün nəqliyyat müəssisələrinə verilən torpaq sahələri;
b) nəqliyyat yolları və magistral boru kəmərlərinin yerləşdiyi torpaq sahələri;
c) uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə nəqliyyat tikililərinin və digər nəqliyyat obyektlərinin xüsusi mühafizə zonaları üçün verilmiş torpaq sahələri.
2. Bu maddənin 1-ci bəndində göstərilmiş torpaq sahələrinin və ya su obyektlərinin müvafiq nəqliyyat müəssisələrinin mülkiyyətinə, icarəsinə və istifadəsinə verilməsi zamanı yaranan münasibətlər, həmin sahələrdən və obyektlərdən istifadə qaydaları müvafiq olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Su Məcəlləsi, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə tənzimlənir.
3. Uçquna, sürüşməyə və digər təhlükəli təbii təsirlərə məruz qalmış ərazilərdə nəqliyyat tikililərinin və digər nəqliyyat obyektlərinin təhlükəsiz istismarını təmin etmək məqsədi ilə qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mühafizə zonaları müəyyənləşdirilə bilər.
II fəsil
Nəqlİyyat sahəsİndə dövlət tənzİmlənməsİ və İdarəetməsİ