Yol hərəkəti haqqında qanunvericilik aktlarına edilmiş çoxsaylı dəyişikliklər nəzərə alınmaqla Azərbaycan Respublikası ərazisində avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması işinin təkmilləşdirilməsi, sürücü kadrları hazırlayan müəssisələrin fəaliyyətinə nəzarətin, bütövlükdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində işin effektliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 2.1.3-cü, 3.1.18-ci və 5.3.6-cı yarımbəndlərini rəhbər tutub
1. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimat təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası DİN-in 1999-cu il 14 iyun tarixli 191 nömrəli əmrinin 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin və DİN-in 2007-ci il 27 noyabr tarixli 650 nömrəli əmri ləğv edilsin.
3. Bu qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilsin.
4. Qərar aidiyyəti üzrə elan olunsun.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “04” avqust 2012-ci il tarixli Q16-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Təlimat “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə (bundan sonra - Əsasnamə) müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində avtomotonəqliyyat vasitələrini və onların qoşqularını (bundan sonra - nəqliyyat vasitələri) idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması prosedurları, habelə sürücülərin hazırlanması və ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların uçota alınması, nəzəri və təcrübi imtahanların qəbulu, metodikası, məzmunu və proseduru, verilmiş sürücülük vəsiqələrinin uçotunun aparılması üzrə vahid qaydaları müəyyən edir.
1.2. Bu Təlimat “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 3-cü və 4-cü bəndlərində göstərilən nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsi üzrə imtahanların qəbuluna, bu növ sürücülük vəsiqələrinin verilməsinə, dəyişdirilməsinə və qaytarılmasına şamil edilmir.
1.3. Müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkət qaydalarmı bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
1.4. Nəqliyyat vasitələrinin tipindən, təyinatından və idarəetmə xüsusiyyətlərindən asılı olaraq, sürücülük vəsiqələrində aşağıdakı kateqoriyalar (altkateqoriyalar) göstərilir:
1.4.1. “A1” - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri, trisiklləri və yüngül kvadrisiklləri idarə etmək üçün;
1.4.2. “A” - bütün növ motosikletləri idarə etmək üçün;
1.4.2-1. “B1” - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;
1.4.3. “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:
1.4.3.1. “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;
1.4.3.2. qoşqunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
1.4.3.3. qoşqunun icazə verilən maksimal kütləsi 750 kiloqramdan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;
1.4.3-1. “C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.4. “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kiloqramdan artıq olan avtomobilləri, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.4-1. “D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.5. “D” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.6. “BE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.6-1. “C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.7. “CE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.7-1. “D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.8. “DE” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
1.4.9. “Tramvay” - tramvayları idarə etmək üçün;
1.4.10. “Trolleybus” - trolleybusları idarə etmək üçün.
1.5. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1.5.1. velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
1.5.2. asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
1.5.3. “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;
1.5.4. “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən, “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
1.5.5. “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
1.5.6. “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
1.5.7. “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);
1.5.8. “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).
1. Peşə təhsil müəssisələrini bitirmiş tələbələr, eləcə də “A”, “B”, “C” kateqoriyalı və “A1”, “B1” və “C1” altkateqoriyalı nəqliyyat vasitələri sürücülərini hazırlamaq üçün hərbi xidmətə cəlb olunmuş çağırışçılar kursları bitirdikdən və müvafiq şəhadətnamələr aldıqdan sonra qeydiyyat-imtahan məntəqələrində imtahanlara buraxılırlar. İmtahanları müvəffəqiyyətlə verən 18 yaşına çatmamış şəxslərə çağırış vəsiqəsi əsasında sürücülük vəsiqəsi verilir və “xüsusi qeydlər” qrafasında “18 yaşı tamam olduqdan sonra avtomobilləri idarə edə bilər” qeydi aparılır.
2. Müddətli xidmət aparan hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyasına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu əldə etmək üçün müstəsna olaraq 10 ay sürücülük təcrübəsi olduqda və 19 yaşa çatdıqda imtahanlara buraxılırlar.
1.6. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş dövlət rüsumları, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilir.
1.7. Sürücülük vəsiqəsinin verilməsi işini aparan mərkəzi orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
1.7.1. sürücülük vəsiqəsi blanklarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsi;
1.7.2. sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların uçota alınması, nəzəri və təcrübi imtahanların qəbul edilməsi, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsinin verilməsi;
1.7.3. verilmiş sürücülük vəsiqələrindəki məlumatların regional və mərkəzləşdirilmiş uçotunun aparılması;
1.7.4. özünün struktur hissələrinin sürücülük vəsiqələri blankları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsi;
1.7.5. bu struktur hissələrə buraxılmış sürücülük vəsiqəsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsi və onların vaxtaşırı təftiş edilməsi.
1.7-1. BDYPİ tərəfindən nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi BDYPİ-nin mərkəzi informasiya sistemi vasitəsilə həyata keçirilir.
1.8. Verilmiş sürücülük vəsiqələri barədə mərkəzləşdirilmiş və regional uçot bazasından məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ vardır.
1.9. Sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin sürücülük vəsiqəsi üzrə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə ötürülür.
2.1. İmtahanların qəbulu və “A”, “B”, “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına və “A1”, “B1”, “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay, trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsi (Qİİ) və ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış məntəqələri (bundan sonra mətndə - “QİM”) tərəfindən aparılır.
2.2. “C”, “D”, “BE”, “CE”, “DE” kateqoriyalarına və “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, “tramvay” və “trolleybus”un idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər BDYPİ ilə razılaşdırılmış və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş vahid tədris planları və proqramları əsasında müvafiq maddi-texniki baza və texniki-metodiki tədris vasitələrilə təchiz olunmuş tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.
2.3. Siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində bu Təlimatın 1.5.6-1.5.8-ci yarımbəndlərində nəzərdə tutulmuş təcrübəsi olan, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququ məhdudlaşdırılmış və ya sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar (altkateqoriyalar) üzrə imtahanlara buraxılmır.
2.4. Ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində tələbə və şagirdlərə “B” və “C” kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsinin tədrisi nəzərdə tutulduqda, bu müəssisələrdə tədris BDYPİ ilə razılaşdırılmış xüsusi proqram əsasında aparılır.
2.5. Əl ilə idarə olunan minik avtomobillərinin istismarına yararlı hesab edilən şəxslər imtahanları müvəffəqiyyətlə verdikdə onlara təqdim olunan sürücülük vəsiqələrinin “xüsusi qeydlər” bölməsində “əl ilə idarə icazəlidir” qeydi aparılır.
2.6. Bu tədris kurslarına qəbul üçün namizədlər müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər.
2.7. Sürücülərin peşə hazırlığı və peşənin təkmilləşdirilməsini təsdiq edən sənəd bu Təlimatda 2 nömrəli əlavəyə uyğun şəhadətnamədir.
2.8. Sürücülük vəsiqələrinin alınması üçün imtahan yalnız QİM tərəfindən xidmət aparılan ərazidə qəbul olunur..
1. Təbii fəlakət və digər ekstremal hadisələr baş verdiyi hallarda sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər müvəqqəti məskunlaşdığı ərazi üzrə, hərbi qulluqçular isə hərbi hissənin yerləşdiyi ərazi üzrə QİM-də imtahanlara buraxıla bilər.
2.9. “A”, “B”, “C”, “D”, “BE”, “CE”, “DE” kateqoriyalarına və “A1”, “B1”, “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələri QİM-də nəzəri və təcrübi, tramvay və trolleybusların idarə edilməsi üçün isə nəzəri imtahanları (təcrübi imtahanlar tramvay və trolleybus parklarında götürülür) müvəffəqiyyətlə verən şəxslərə verilir.
2.10. Tədris plan və proqramlarında avtomobil ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta xüsusi təhsil müəssisələrini bitirmiş şəxslərə, “A”, “B”, “C” kateqoriyalarına, “A1”, “B1”, “C1” altkateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi istənilən kateqoriya (altkateqoriya) üzrə nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra həyata keçirilir. Bu halda avtomobil ixtisası üzrə fənnin tədrisi haqqında təsdiqedici sənəd kimi:
2.10.1. orta xüsusi təhsili olanlar üçün - diplom və imtahan cədvəlindən çıxarış;
2.10.2. ali təhsili olanlar üçün - diplom və ona əlavə qəbul edilir.
2.11. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara (altkateqoriyalara) aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.
2.12. Sürücülük vəsiqəsi almaq istəyən şəxs qeydiyyat-imtahan məntəqəsinə sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə dərhal məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur.
2.13. Sürücülük vəsiqələrinin verilməsi üzrə elektron xidmətin göstərilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN-in) internet saytında yerləşdirilmiş müvafiq İnzibati Reqlamentə uyğun həyata keçirilir.
2.14. Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər BDYPİ-nin ərazi üzrə QİM orqanına müraciət etdikdən sonra, üç gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.
2.15. Müstəqil hazırlaşmış şəxslərdən yalnız iki dəfə nəzəri və ya təcrübi imtahan qəbul edilir. İmtahanların hər hansı birindən təkrarən qeyri-məqbul qiymət alan həmin şəxs yalnız tədris müəssisələrində müəyyən olunmuş qaydada müvafiq hazırlıq kursu keçdikdən sonra yenidən imtahanlara buraxılır.
2.16. Sürücülük vəsiqəsi yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə qeydiyyat-imtahan məntəqələri tərəfindən 30 dəqiqə ərzində verilir.
2.17. “BE” kateqoriyası “B” kateqoriyasına, “C1E” altkateqoriyası “C” kateqoriyasına, o cümlədən “C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər, “CE” və ya “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə müvafiq olaraq “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər hazırlıq kurslarını bitirdikdən sonra və QİM-də nəzəri və təcrübi imtahanlar verdikdən sonra buraxılırlar.
Qeyd: “BC”, yaxud “BCD” kateqoriya birləşmələrinə aid nəqliyyat vasitələrini idarəetmə hüququ olan sürücülər tədris müəssisələrində aidiyyəti üzrə “BE”, “CE” və “DE” kateqoriyalarına dair müvafiq hazırlıq kurslarını keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra həmin şəxslər müvafiq olaraq “BE, CE”, yaxud “BE, CE, DE” kateqoriyalı nəqliyyat vasitələrini idarəetmə hüququna malik olurlar.
2.18. “D” kateqoriyalı nəqliyyat vasitələrinin, tramvayların və trolleybusların və “D1” altkateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına aid nəqliyyat vasitələrini idarəetmə hüququ olan və bu avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan (Təlimatın 2.3. bəndində nəzərdə tutulan tələb və şərtlər daxilində) və müvafiq proqram əsasında hazırlıq kurslarını keçərək nəzəri və təcrübi imtahanları vermiş sürücülər buraxılırlar.
2.19. “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olan sürücülər tədris müəssisələrində müvafiq proqram üzrə hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra “C”, “D”, “BE” kateqoriyalı və ya “C1”, “D1” altkateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olurlar.
2.20. “C”, yaxud “D” kateqoriyalarına, yaxud “C1” və ya “D1” altkateqoriyalarına aid nəqliyyat vasitələrini idarəetmə hüququ olan sürücülər “A” və ya “B” kateqoriyalı, “A1” və ya “B1” altkateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ almaq üçün əlavə olaraq tədris kursu keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar.
2.21. “B” və “D” kateqoriyalarına aid edilən nəqliyyat vasitələrini idarə etməyə hüququ olan sürücülər “A”, yaxud “C” kateqoriyaları, o cümlədən “A1” və ya “C1” altkateqoriyaları üzrə sürücülük vəsiqəsi almaq üçün əlavə tədris kursu keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar. Təkcə “B” kateqoriyası olan sürücülər isə yalnız “A” kateqoriyası və ya “A1” altkateqoriyası üzrə sürücülük vəsiqəsi almaq üçün imtahanlara buraxılır.
2.22. Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların (altkateqoriyaların) dəyişdirilməsi məqsədi ilə yeni sürücülük vəsiqəsinin verilməsi yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlardan sonra həyata keçirilir.
2.23. Şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlılığı, habelə nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur. İmtahanları qəbul edən QİM-in müfəttişi imtahana buraxılmış şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurduğu hallarda onu təkrar tibbi müayinəyə göndərilir.
2.24. Əgər sürücü tibbi müayinədən keçməkdən yayınıbsa və ya tibbi komissiya tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə yararsız hesab edilmişsə, bu halda onun sürücülük vəsiqəsi DYP-nin əməkdaşları tərəfindən alınmalıdır.
3.1. Sürücülük vəsiqəsi onun sahibi olan şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
3.2. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin motosiklet, kvadrisikl, trisikl, avtomobil, tramvay və trolleybusları idarə etmək hüququ verən növləri vardır.
3.5. Sürücülük vəsiqəsinin etibarlılıq müddəti onu verən QİM tərəfindən aşağıdakı kimi müəyyən edilir:
3.5.1. 60 yaşına çatmamış şəxslər üçün - 10 il;
3.5.2. 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;
3.5.3. 70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;
3.5.4. Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
3.7. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumağa borcludur.
3.9. “A”, “B”, “C”, “D”, “CE” və “DE” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi müvafiq olaraq “A1”, “B1”, “C1”, “D1”, “C1E” və “D1E” alkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edir.
4.1. Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri BDYPİ-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən alınmış məlumata əsasən uçota alınmalıdır.
4.2. Tədris qruplarında təhsil alanların sayı 10-30 nəfər olmalıdır; məşğələlərin başlanmasından keçən 15 gün ərzində hər bir tədris qrupu ərazi üzrə QİM-də qeydiyyata alınmalıdır. QİM-ə daxil olan bu Təlimata 3 nömrəli əlavəyə uyğun formada hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DİN BDYPİ Qİİ-yə göndərilməlidir.
5.1. Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir. İmtahanların qəbulu əvvəlcə nəzəri, sonra isə təcrübi ardıcıllığı üzrə aparılır. Nəzəri imtahanı verməmiş şəxslər, təcrübi imtahana buraxılmırlar. Nəzəri və təcrübi imtahanların qəbulu bu Təlimata 7 və 8 nömrəli əlavələrə uyğun həyata keçirilir.
5.2. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:
5.2.1. dövlət rüsumunun, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;
5.2.1-1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1–57.4-cü, 57.6.3-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;
5.2.2. növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi;
5.2.3. sənədlərin qəbulu və verilməsi, həmçinin imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera;
5.2.4. nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi;
5.2.5. nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan, imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə.
5.2-1. “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.
5.3. Nəzəri və təcrübi imtahanlar QİM-də təşkil olunmuş imtahan komissiyası tərəfindən qəbul edilir. QİM-də imtahanlar tədris müəssisələri üzrə imtahan komissiyasının müəyyən etdiyi günlərdə qəbul edilir.
5.4. Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olmalıdır. Komissiyanın heyəti QİM-in rəisi tərəfindən təyin edilir və aşağıdakı tərkibdə olur:
5.4.1. sədr - qeydiyyat-imtahan şöbəsinin (bölməsinin, qrupunun) əməkdaşı;
5.4.2. üzvlər - tədris, avtonəqliyyat müəssisələrinin, hərbi komissarlığın və digər aidiyyəti təşkilatların nümayəndələri.
5.5. İmtahan komissiyasının üzvləri yol hərəkəti qaydalarını və imtahanın qəbul edilmə qaydalarını bilməli, eləcə də həmin şəxslərin:
5.5.1. avtomobil ixtisası üzrə ali və ya orta texniki təhsili olmalıdır;
5.5.2. imtahan qəbul olunan kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.
5.6. Sürücülük vəsiqəsi almaq istəyən şəxs ərazi qeydiyyat-imtahan məntəqəsinə aşağıdakı sənədləri təqdim etməlidir:
5.6.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
5.6.2. müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi;
5.6.3. bu Təlimatın 2.10-cu bəndində göstərilən şəxslər üçün - diplomun surəti, semestr-imtahan cədvəlindən çıxarış, ya da diploma əlavə;
5.6.5. müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış;
5.6.6. imtahan və sürücülük vəsiqəsi verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş rüsumların ödənilməsi barədə bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi.
5.7. Sənədlər ərazi üzrə QİM-ə Əsasnamənin 3.9-1, 3.9-2 və 3.9-3-cü bəndləri ilə müəyyənləşdirilmiş qaydada təqdim edilir.
5.8. Sürücülük vəsiqəsi yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən müvafiq qaydada verilir.
5.9. Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş, habelə müstəqil hazırlaşmış şəxslər təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmamalıdırlar.
5.10. Bu Təlimatın 2.10-cu bəndinin tələblərinə uyğun olaraq, imtahanlara buraxılmış şəxslərdən təkrar imtahanlar 7 gün keçdikdən sonra qəbul olunmalıdır.
5.11. Yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu Təlimatın 4 nömrəli əlavəsinə uyğun formada protokolla sənədləşdirilir.
5.12. Sürücülük vəsiqələri QİM əməkdaşının imzası və QİM-in möhürü ilə təsdiq edilir. Verilən sürücülük vəsiqələri bu Təlimata 5 nömrəli əlavəyə uyğun formada reyestrdə qeydiyyata alınır.
6.1. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:
6.1.1. etibarlılıq müddətinin qurtarması;
6.1.2. sahibinin soyadı, adı və atasının adının dəyişdirilməsi;
6.1.3. yazılarında dəqiqsizlik müəyyən edilməsi;
6.1.4. yararsız hala düşməsi;
6.1.7. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;
6.1.8. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.
6.2. Sürücülük vəsiqəsinin dəyişdirilməsi vəsiqə sahibinin bu Təlimata 6 saylı əlavəyə uyğun formada ərizəsi əsasında ərazi üzrə QİM-də imtahansız, əvvəllər malik olduğu kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla bu Təlimatın 6.3-cü bəndində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə 30 dəqiqə ərzində həyata keçirilir. Bu hal Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ nümunəli sürücülük vəsiqələrinə də şamil edilir.
6.3. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla), habelə bu Təlimatın 6.10-1-ci və 6.10-2-ci bəndlərində nəzərdə tutulmuş hallarda xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi;
3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi;
4) bu Təlimatın 3.5.2 – 3.5.4-cü yarımbəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış;
5) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti.
6.3-1. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.
6.4. Sürücülük vəsiqəsi itirildikdə yenisi vəsiqə sahibinin yazılı ərizəsi, BDYPİ Mərkəzi Məlumat Xidmətinin müvafiq məlumatları və bu Təlimatın 3.5.2 – 3.5.4-cü yarımbəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış əsasında verilir; sürücülük vəsiqəsi haqqında uçot baza məlumatları mövcud olmadıqda isə o, tədris müəssisəsini qurtarması haqqında şəhadətnamə və ya itirilən sürücülük vəsiqəsini vermiş QİM-in təsdiqedici sənədini təqdim edir.
6.5. Sürücülük vəsiqəsi itirildikdə onun sahibinə bu Təlimatın 3.5-ci bəndində nəzərdə tutulmuş müddətə yeni sürücülük vəsiqəsi verilir. Sorğuya cavab almaq üçün göndəriş yollanıldıqda və ya vəsiqənin itirilməsi halı araşdırıldıqda 1 il müddətinə qədər müvəqqəti sürücülük vəsiqəsi verilir.
6.6. Yeni sürücülük vəsiqəsi verilərkən həmin vəsiqədə əvvəlki sürücülük vəsiqəsinin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir.
6.7. Yeni sürücülük vəsiqələri alan şəxslərin əvvəllər verilmiş sürücülük vəsiqələri aşkar olunarsa, bu sənədlər etibarsız sayılmalı və ləğv edilməsi üçün QİM-ə göndərilməlidir.
6.8. 1977-ci il sentyabrın 1-nə kimi verilmiş I və II dərəcəli sürücülük ixtisaslarının şəhadətnamələri (ixtisas talonları) olan peşəkar sürücülərin (3-cü dərəcəli) köhnə nümunədən olan sürücülük vəsiqələri onlar yol hərəkəti qaydaları üzrə nəzəri və təcrübi imtahanları verməklə, “B”, “C” və ya “B”, “C”, “D” və “BE”, “CE”, “DE” kateqoriyalı yeni sürücülük vəsiqələrinə dəyişdirilməlidir.
6.10. Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sürücülük vəsiqəsi ümumi əsaslarla verilir.
6.10-1. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Təlimatın 6.1-6.3-1-ci bəndlərində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
6.10-2. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Təlimatın 6.1-6.3-1-ci bəndlərində müəyyən edilmiş qaydada dəyişdirməlidir.
6.10-3. Bu Təlimatın 6.10-1-ci və 6.10-2-ci bəndlərində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.
6.12. Təlimatın 6.10-cu bəndində göstərilən şəxslərə sürücülük vəsiqəsi onların Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşama icazəsi müddətinə verilir.
Qeyd: Xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvlərinin qüvvədə olan sürücülük vəsiqəsinin dəyişdirilməsi vəsiqə sahiblərinin malik olduqları kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə həyata keçirilir.
6.13. Bu Təlimatın 6.10-1-ci və 6.10-2-ci bəndlərində göstərilən şəxslərin sürücülük vəsiqəsi müəyyən şübhə doğurduqda QİM tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “İnterpol” Milli Mərkəzi Bürosu, Xarici İşlər Nazirliyinin səfirlik və konsulluq xidmətləri və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanlar vasitəsilə müvafiq sorğular edilir. Təlimatın 6.12-ci bəndinin “Qeyd” hissəsində göstərilən şəxslər barəsində müvafiq sorğular yalnız Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə verilir. Vəsiqə sahibinə sorğuya cavab alınanadək 1 ildən çox olmayan müddətə müvəqqəti sürücülük vəsiqəsi verilir. Müvafiq cavab alındıqdan sonra sürücülük vəsiqəsinin qəti verilməsi barədə mövcud qanunvericiliyə uyğun şəkildə qərar qəbul edilir.
6.14. Verilmiş sürücülük vəsiqələrinin uçot reyestri aparılır. İmtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi kompüter vasitəsilə birbaşa üsulla həyata keçirildikdə, müvafiq protokol və reyestr də kompüterdən çıxarış vasitəsilə rəsmiləşdirilir və sürücülük vəsiqəsinin alınması barədə onun sahibinin vəsiqənin özündəki imzası əsas götürülür.
6.15. QİM tərəfindən verilən sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotu aparılır.
6.16. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi onun sahibinə aşağıdakı qaydada qaytarılır:
6.16.1. nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
6.16.2. nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.
6.17. Sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
7.1. Sürücülük vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə əsas olan sənədlər, tədris qrup və kurslarında təhsil alan şəxslərin siyahısı və tibb komissiyasının rəyi ilə nəqliyyat vasitələrini idarə etməkdən kənar edilmiş şəxslərin sürücülük vəsiqəsi, əvəzinə yenisi verilmiş və ya sonradan tapılıb QİM-ə daxil olmuş, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum olunma və ya sürücülük hüququnun məhdudlaşdırılması müddəti bitmiş, tələb olunmayan sürücülük vəsiqələri və sürücülük vəsiqələrinin verilmə sənədləri arxiv sənədləri kimi 2 il müddətində, imtahan komissiyasının protokolları 10 il, sürücülük vəsiqəsinin verilməsinə aid reyestr isə 60 il mühafizə edilir.
7.2. Arxiv sənədləri saxlanılma müddəti keçdikdən sonra QİM-də müvafiq qaydada akt tərtib edilməklə ləğv edilir.
7.3. Sürücülük vəsiqəsinin blankları BDYPİ-nin sifarişi əsasında hazırlanır.
7.4. Tibbi arayış və təhsil müəssisəsini qurtarmaq barədə şəhadətnamə, onun zəruri məlumat qrafaları doldurulduqdan sonra sürücülük vəsiqəsi ilə birlikdə sürücülərə qaytarılır.
8.1. Sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən bu Təlimat ilə nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.
8.2. Sürücülük vəsiqəsinin sahibi vəsiqənin alınması zamanı süründürməçiliyə yol verilməsindən və ya ondan imtina olunmasından şikayət edə bilər.
Təlimata 2 nömrəli əlavə
_____________________________________________________________________________
_____________________________________________________________________________
Verilir vətəndaş ______________________________________________________________
ondan ötrü ki, o, “_____” ______________ ildən “_____” ___________________ ilə qədər
________________________________________________________________proqramı üzrə
təhsil almış və “_______” ____________________ il tarixli, _____________________№-li
protokola əsasən buraxılış imtahanlarında aşağıdakı qiymətləri almışdır (“kafi”, “yaxşı”, “əla”).
Quruluş və texniki qulluq ______________________________________________________
Yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin
əsasları (və ilk tibbi yardım) ___________________________________________________
Praktiki sürmə təlimi _________________________________________________________
İmtahan komissiyasının sədri __________________________________________________
Tədris müəssisəsinin rəhbəri __________________________________________________
_______№-li _______________ seriyalı sürücülük vəsiqəsi
“_____” _______________ ildə verilib.
M.Y. ________________
Təlimata 3 nömrəli əlavə
QİM-in rəisi ____________________________
____________________________
Xahiş edirəm “_____” kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələri sürücülərin hazırlayan ________№ tədris qrupunu qeydiyyata alasınız.
__________________________________________________________________________________
ünvanı_________________________________________________ telefon__________________
Dərslərin başlanması _____________________________________________________________
Dərslərin qurtarması _____________________________________________________________
1. Nəqliyyat vasitələrinin quruluşu və onlara texniki xidmət
__________________________________________________________________________________
təhsili ______________________________________ peşəsi_______________________________
2. Yol hərəkəti qaydaları və təhlükəsizliyin əsasları
__________________________________________________________________________________
təhsili ________________________________________ peşəsi______________________________
3. Zədə almış şəxsə ilkin tibbi yardım göstərilməsi
__________________________________________________________________________________
təhsili ___________________________________________ peşəsi__________________________
1.________________________________________________________________________________
təhsili ___________________________________________________________________________
“_______” kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsində iş stajı ______________________
Öyrətməyə hüquq verən şəhadətnamə seriya __________________№_____________________
“______” ______________ ______ il
2.________________________________________________________________________________
təhsili ____________________________________________________________________________
“_____” kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsində iş stajı ________________________
Öyrətməyə hüquq verən şəhadətnamə seriya ___________________№_________________
“______”________________ ______ il
Təlimata 3 nömrəli əlavənin davamı
(təşkilatın) rəhbəri __________________________________
“_____” ____________________ il
Təlimata 4 nömrəli əlavə
Komissiyanın heyəti: Sədr _____________________ Üzvləri _______________________________
___________________________________________________________________________________
nəzəri (ilkin və ya təkrar)
təcrübi (ilkin və ya təkrar)
Komissiyanın heyəti: Sədr _________________________ Üzvləri _____________________________
Təlimata 5 nömrəli əlavə
Təlimata 6 nömrəli əlavə
doğulduğu il __________________________ doğulduğu yer ____________________________
ünvanı __________________________________________________________________________
e-poçtu ___________________________________telefon №-si____________________________
iş yeri ___________________________________________________________________________
vəzifəsi__________________________________________________________________________
şəxsiyyət vəsiqəsinin seriyası _____________________№-si ____________________________
verilib ___________________________________________________________________________
______________kateqoriyaya (altkateqoriyaya) aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin verilməsini və ya ______________________________əlaqədar
olaraq dəyişdirilməsini xahiş edirəm.
Ərizəyə aşağıdakı sənədləri əlavə edirəm:
1.________________________________________________________________________________
2.________________________________________________________________________________
3.________________________________________________________________________________
4.________________________________________________________________________________
_____________________________
“____” _____________20 ___ il
DYP QİM-in xidməti qeydi:
________________seriyalı ___________________№-li sürücülük vəsiqəsi verilib.
“____” _____________ 20 ___il
Dövlət avtomobil müfəttişi (pasportçu) ______________________________
Təlimata 7 nömrəli əlavə
1. İmtahanın keçirilmə forması
1.1. Yol hərəkəti qaydaları üzrə nəzəri imtahan informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qəbul edilir.
1.2. İmtahan prosesinin interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında quraşdırılan video kameralar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır.
2.1. Nəzəri imtahan aparılarkən sürücülüyə namizədin biliyi aşağıdakı istiqamətlər üzrə müəyyən edilir:
2.1.1. Yol hərəkəti qanunvericiliyi, eləcə də nəqliyyat vasitələrindən istifadə qaydaları və yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyət;
2.1.2. Yol hərəkətinə, yol nişanlarına və işarələrinə, yolların nişanlanmasına, nişanların mənalarına aid qayda və tələblər;
2.1.3. Hərəkət vaxtı nəqliyyat vasitələrinin təhlükəsizliyinə aid texniki tələblər;
2.1.4. İş günü və istirahət vaxtları da daxil olmaqla yol hərəkətinin təhlükəsizliyinə dair bilavasitə sürücüyə aid olan qaydalar;
2.1.5. Yol-nəqliyyat hadisəsi baş verdikdə sürücünün düzgün davranışına aid qaydalar;
2.1.6. Yol-nəqliyyat hadisəsi törədildikdə sürücünün mülki (əmlak) və cinayət məsuliyyəti;
2.1.7. Yol-nəqliyyat hadisələrinin baş verməsinə imkan yaradan amillər;
2.1.8. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat vasitələrinin elementləri;
2.1.9. Yol-nəqliyyat hadisələri nəticəsində zədə almış şəxslərə ilk tibbi yardım göstərilməsinin üsulları;
2.1.10. Nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli maddələrin normadan artıq olmasına imkan verməyən nəzarət-nizamlama cihazları və idarəetmə üsulları.
2.2. İmtahan sualları nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən yol hərəkəti qaydaları üzrə nəzəri imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuşdur. İmtahan sualları bütün yol hərəkəti qaydalarını, hərəkətin təhlükəsizliyinə aid tələbləri və tibbi hazırlığı əhatə edir. Hər bir namizədə 10 sual verilir.
2.3. Yol hərəkəti qaydalarına, habelə digər normativ hüquqi sənədlərə əlavə və dəyişikliklər edilərsə, belə dəyişikliklər imtahan suallarında əks etdirilir.
2.4. İmtahanlar yalnız qüvvədə olan normativ sənədlərin tələblərinə cavab verən qaydada hazırlanmış suallara əsasən aparılır.
2.5. İmtahanların nəticələri bu Metodikanın 1 nömrəli əlavəsinə uyğun formada xüsusi imtahan vərəqəsində qeyd olunur.
3. Nəzəri imtahanın keçirilməsi
3.1. İmtahan otağın sahəsindən və orada olan avadanlıqlardan, eləcə də imtahan verənlərin davranışına nəzarət etməyin mümkünlüyü baxımından qrup şəklində qəbul edilir.
3.2. İmtahan verənin şəxsiyyəti onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənədi əsasında müəyyənləşdirilir.
3.3. İmtahan keçirilməzdən əvvəl QİM-in əməkdaşı imtahan verilmə qaydaları və bu işlə əlaqədar imtahan verən şəxsə izahat verməlidir. İmtahan vaxtı 15 dəqiqə müəyyənləşdirilir.
3.4. İmtahan verən şəxs bütün sualları diqqətlə oxumalı və təklif edilmiş variantlardan düzgün olan bir cavabı seçməlidir.
3.5. İmtahanların nəticələri informasiya-kommunikasiya texnologiyaları vasitəsilə müəyyən edilir. İmtahan verən şəxsə məqbul qiymət o halda verilir ki, ona təklif olunmuş 10 sualdan 9-na düzgün cavab vermiş olsun. Təklif edilmiş suallara 15 dəqiqə ərzində cavab verə bilməyən və yaxud 2 səhv edən şəxsin biliyi “qeyri-məqbul” qiymətləndirilir.
Nəzəri imtahanın keçirilmə
Metodikasına 1 nömrəli əlavə
Soyadı _________________________________________________
Adı____________________________________________________
Atasının adı ____________________________________________
Doğulduğu il, gün, ay və yer ______________________________
________________________________________________________
Yaşadığı yer ____________________________________________
________________________________________________________
Həkim müayinəsindən keçmişdir __________________________
________________________________________________________
________________________________________________________
(lazım olanın altından
İlkin sürücülük vəsiqəsinin alınması, digər kateqoriyaların (altkateqoriyaların) alınması, sürücülük hüququndan məhrumetmə (və ya onun məhdudlaşdırılması) müddətinin bitməsi.
Dövlət avtomobil müfəttişi ______________________________________________
Təlimata 8 nömrəli əlavə
1. Nəqliyyat vasitəsi və onun avadanlığı
1.1. Sürücülüyə namizəddən təcrübi imtahan uyğun kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsində qəbul edilir:
1.1.1. ”A1” və “A” - motonəqliyyat vasitəsində;
1.1.1-1. “B1” - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisikllərdə;
1.1.2. “B” - minik avtomobilində;
1.1.3. “BE” - qoşqulu minik avtomobilində;
1.1.4. “C”, “C1” - tam kütləsi 3500 kq-dan artıq olan yük avtomobilində;
1.1.5. “CE”, “C1E” - qoşqulu yük avtomobilində;
1.1.6. “D”, “D1” - avtobuslarda;
1.1.7. “DE”, “D1E” - qoşqulu avtobusda.
1.2. Təcrübi imtahanın qəbulu üçün nəzərdə tutulmuş avtomobillər əlavə ilişmə muftası (avtomatik transmissiyalı nəqliyyat vasitələrindən başqa) və tormoz ayaq altlıqları ilə, eləcə də sağ arxanı göstərən güzgü ilə avadanlıqlaşdırılmalıdır.
1.3. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan, imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə edilməlidir.
1.4. “BE”, “CE”, “DE” kateqoriyaları və “C1E”, “D1E” altkateqoriyaları üzrə təcrübi imtahan tədris müəssisələri tərəfindən ayrılmış müvafiq nəqliyyat vasitələrində qəbul edilir.
1.5. Təcrübi imtahanların qəbulu üçün istifadə edilən nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə uyğun olaraq, “Təlim nəqliyyat vasitəsi” tanınma nişanı ilə, yan tərəflərdən isə ”Dövlət Yol Polisi” yazısı ilə işarələnməlidir.
2. Avtomobildə imtahan qəbul edilməsinin təşkili
2.1. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə – birinci mərhələ xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul edilir.
2.2. Xüsusi bağlı meydança və ya avtodromun ərazisinin örtüyü möhkəm olmalı, onlar digər nəqliyyat vasitələrinin hərəkətindən ayrılmalı və imtahan qəbul edilməsi üçün müvafiq vasitələrlə təchiz edilməlidir (Metodikaya 1 saylı əlavə).
2.3. İmtahanın birinci mərhələsində təcrid edilmiş ərazidə sürücülüyə namizədin sürmə təlimi elementlərini yerinə yetirmə bacarığı və vərdişi yoxlanılır.
2.4. “B”, “C”, “D” kateqoriyaları və “B1”, “C1”, “D1” altkateqoriyaları üzrə birinci mərhələdə təcrübi imtahan üçün istifadə edilən xüsusi bağlı meydança və ya avtodromun ərazisi mütləq aşağıda göstərilən elementlərlə (quruluşlarla) təchiz olunmalıdır (bu ərazilər təcrübi imtahanın ikinci mərhələsinin qəbul edilməsi üçün digər elementlərlə də təchiz edilə bilər):
2.4.1. yoxuş sahəsi (maillik 16°-dən aşağı olmayaraq);
2.4.2. hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi;
2.4.3. avtomobilin geriyə dayanacaq yerinə verilməsi üçün qutu (boks).
2.5. Xüsusi bağlı meydançanın və ya avtodromun ölçüləri onlardakı element quruluşlarının (Metodikaya 1-1 əlavə) və imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuş avtomobillərin ölçülərindən asılı olaraq müəyyən edilir.
2.6. Daimi avtodrom, yaxud da xüsusi bağlı meydança olmadıqda, başqa ərazidən də istifadə edilə bilər. Bu halda onların element quruluşları daşına bilən vasitələrin köməyi ilə tərtib olunmalıdır:
2.6.1. minik avtomobillərinin “hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi”nin və “avtomobillərin geriyə dayanacaq yerinə verilməsi üçün boks”un elementləri 1,2 m hündürlüyündən, davamlı özülü olan, yuxarılarında bayraqlar asılmış və qara - ağ rəngli dayaqlar ilə təchiz edilir;
2.6.2. yük avtomobilləri üçün isə belə elementlər, aralarında tarıma çəkilmiş tros və onlara rəngli bayraqlar bağlanmış dayaqlarla təchiz edilir;
2.6.3. tarıma çəkilmiş trosun hündürlüyü, avtomobilin yük platformasının hündürlüyünə uyğun gəlməlidir;
2.6.4. bütün tip avtomobillər üçün nəzərdə tutulmuş “yoxuşlu sahə” elementi, kifayət qədər davamlılığı olan və onun üzərindən keçərkən hərəkətin təhlükəsizliyini təmin edən estakada kimi də düzəldilə bilər.
2.7. Vaxt itkisinə yol verməmək məqsədi ilə xüsusi bağlı meydançalarda və ya avtodromlarda elementlərin yerləşdirilməsi onlarda eyni zamanda iki və daha çox avtomobildə imtahanların qəbulu mümkün olduqda məqsədəuyğun hesab edilir. Hərəkət yol nişanlarının və nişanlanma xətlərinin köməyi ilə təşkil olunur.
2.8. Sürücülüyə namizədi əvvəlcədən tanış etmək üçün sınaq elementləri göstərilməklə xüsusi bağlı meydançanın və ya avtodromun hərəkət sxemi tablosu tədris müəssisələrində yaxşı görünən yerdə asılmalıdır.
2.9. Sınaq marşrutlarında hərəkətin sıx olduğu şəraitdə təcrübi imtahanın aparılması qaydaları.
2.9.1. Aşağıda göstərilən şəraitlərdə sürücülüyə namizədin bilik və vərdişlərinin sınaq marşrutunda yoxlanılması mütləq qaydada aparılmalıdır:
2.9.1.1. “Yol hərəkəti haqqında” Qanunun 4 saylı əlavəsinə uyğun 2.4. “Yol verin”, yaxud 2.5. “Dayanmadan keçmək qadağandır” nişanlarının təsir zonalarında yol ayrıcından keçmək;
2.9.1.2. xəbərdaredici, istiqamətverici və sürücüyə məlumat verən digər nişanları olan yol sahəsindən keçmək;
2.9.1.3. svetoforla nizamlanan, yaxud nizamlanmayan yol ayrıcından keçmək;
2.9.1.4. iki dəfə sola dönmənin, yaxud da bir dəfə geriyə dönmənin yerinə yetirilməsi;
2.9.1.5. iki dəfə sağa dönmənin yerinə yetirilməsi;
2.9.1.6. bir istiqamətdə hərəkət üçün iki və daha çox zolağı olan yolla hərəkət.
2.9.1.7. sürət reciminə əməl olunması, ötmə, yandankeçmə, dayanma, durma və digər manevrlərin icrası.
2.9.2. QİM üçün sınaq marşrutlarının, xidmət göstərilən əhalinin sayından, küçə yol şəbəkəsinin vəziyyəti və uzunluğundan asılı olaraq müəyyən edilir. Marşrutların sayının əhalinin sayı 500 000 və daha çox olan şəhərlərdə 5-dən 10-a qədər, digər yaşayış məntəqələrində isə 3-dən 5-ə qədər olması tövsiyə edilir.
Qeyd: “BE”, “CE”, “DE” kateqoriyalı və “C1E”, “D1E” altkateqoriyalı nəqliyyat vasitəsində sürmə üzrə birinci mərhələdə təcrübi imtahanın qəbul edilməsi üçün ərazi müvafiq mürəkkəb elementlərlə ölçüsündən asılı olaraq təchiz edilir.
2.9.3. Hər bir imtahan verən üçün marşrutun uzunluğunun Təlimatın 2.9.1.1.-2.9.1.6. yarımbəndlərində göstərilmiş elementlər də daxil olmaqla, 1,5-dən 4-km-ə qədər olması tövsiyə edilir.
2.9.4. Sınaq marşrutu, marşrut xəritəsi (marşrut sxemi) 200x300 mm formatda tərtib edilir. Hər bir marşruta sıra nömrəsi verilir.
2.9.5. İmtahan verənləri vaxtlı vaxtında dəyişmək və vaxta qənaət etmək məqsədilə hər bir marşrutda imtahanın bir yerdən başlayıb həmin yerdə də qurtarması məqsədəuyğun sayılır (məsələn, imtahan məntəqəsində). Əgər marşrutlar bir-birinin ardınca seçilibsə, onda birincinin başlanğıcı və axırıncının qurtaracağı eyni yer olmalıdır. Vaxtaşırı dəyişilməsi üçün sınaq marşrutlarının ehtiyat variantlarının olması məqsədəuyğun hesab edilir.
2.9.6. İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut xəritəsi ilə tanış edir.
2.10. Sürücülüyə namizəd olan şəxsdə müraciət etdiyi sürücülük kateqoriyasına (altkateqoriyasına) aid nəqliyyat vasitəsini idarə etməsi bacarığının müəyyən edilməsi üçün imtahanın müddəti kifayət qədər olmalıdır.
2.11. İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin köməyi ilə həyata keçirilir.
3.1. Sürücülüyə namizədin hazırlığını müəyyən etmək üçün, onlar tərəfindən aşağıdakı elementlərin yerinə yetirilməsi nəzərə alınır:
3.1.1. xüsusi bağlı meydançada və ya avtodromda:
3.1.1.1. yoxuşda yerindən tərpənmə: - avtomobili yoxuşda saxlamalı, sonra hərəkəti davam etdirməli. /bu halda avtomobil yerindən səlis tərpənməli, mühərrik sönməməli və avtomobil 20 sm-dən çox arxaya getməməlidir/;
3.1.1.2. hərəkət hissəsinin eni məhdudlaşdırılmış yerdə geriyə dönmə /ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü işə salmaqla bir dəfədən geri dönmə/;
3.1.1.3. geriyə verilərkən avtomobil elə dayandırılmalıdır ki, onun xarici konturu işarə edilmiş boksun daxilində olsun (xüsusi bağlı meydançada və ya avtodromda hərəkət sxeminin nümunəsi bu Metodikaya 1 saylı əlavəyə uyğun olmalıdır);
3.1.1.4. bu element yerinə yetirilərkən boksdan olan yan minimal məsafə imtahan qəbul edilən avtomobilin dönmə radiusunun xarici qabaritindən 1,5 dəfə az olmalıdır.
3.1.2. sınaq marşrutunda: 3.1.2.1. hərəkətin başlanılması;
3.1.2.1.1. hərəkətin başlanmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətli olmaq;
3.1.2.1.2. xəbərdaredici siqnalların yandırılması və vaxtında verilməsi;
3.1.2.1.3. arxaya baxış güzgüsündən istifadə edilməsi;
3.1.2.1.4. nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;
3.1.2.1.5. sürət artırılması və ötürücüyə keçirmə;
3.1.2.1.6. düzünə hərəkət;
3.1.2.1 7. yolun hərəkət hissəsində düzgün yerləşmə;
3.1.2.2. lazımi hərəkət sürətinə riayət olunması:
3.1.2.2.1. nəqliyyat vasitələrinin arasında ara və yan məsafələrin seçilməsi;
3.1.2.3. bir istiqamətdə iki və daha çox hərəkət zolağı olan yolda manevr etmə:
3.1.2.3.1. xəbərdaredici siqnalların vaxtında verilməsi;
3.1.2.3.2. dayanmış nəqliyyat vasitələrinin, o cümlədən ümumi istifadədə olan nəqliyyatın və digər maneələrin yanından düzgün ötmə;
3.1.2.3.3. bir zolaqdan digərinə yerdəyişmənin düzgün icra edilməsi;
3.1.2.3.4. hərəkət iştirakçılarında siqnallara qarşı lazımi reaksiya;
3.1.2.4. nizamlanan yol ayrıcından keçmək:
3.1.2.4.1. yol ayrıcına yaxınlaşarkən yol şəraitində qiymət verilməsi. Lazım gəldikdə xəbərdaredici siqnalların verilməsi;
3.1.2.4.2. nəqliyyat vasitəsinin yol ayrıcının qarşısında düzgün dayandırılması;
3.1.2.4.3. dayandıqdan sonra nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;
3.1.2.4.4. svetoforun siqnallarına və ya yol polisi əməkdaşının işarələrinə əməl olunması;
3.1.2.5. nizamlanmayan yol ayırıcını keçmək:
3.1.2.5.1. yol ayırıcına yaxınlaşarkən, yol nişanlanma xətlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələri nəzərə alınmaqla onlara qiymət verilməsi;
3.1.2.5.2. hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməsi;
3.1.2.5.3. yol ayırıcına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidini keçmə;
3.1.2.6. dönmənin (geriyə dönmənin) icrası:
3.1.2.6.1. döngəyə düzgün daxil olunması;
3.1.2.6.2. mükəmməllik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxma.
3.1.2.7.1. ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələblərini və hərəkətin digər iştirakçılarının davranışlarını nəzərə alaraq, yol şəraitinin qiymətləndirilməsi;
3.1.2.7.2. xəbərdarlıq siqnallarının vaxtında verilməsi;
3.1.2.7.3. konkret şəraitindən asılı olaraq ötmə vaxtı sürət rejimi;
3.1.2.7.4. hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıcı və qurtarma trayektoriyası;
3.1.2.8.1. xəbərdarlıq siqnalının verilməsi və düzgün yerdəyişmə;
3.1.2.8.2. hərəkət sürətinin mükəmməl olaraq azaldılması;
3.1.2.8.3. yolun hərəkət hissəsində (kənarda) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməsi.
4. Sürücülüyə namizədin hazırlığının qiymətləndirilməsi
4.1. İmtahanın yekunu üzrə imtahan qəbul edən müfəttiş, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir.
4.2. Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edən müfəttişi imtahanın gedişinə qarışmağa vadar edərsə o, “qeyri-məqbul” qiymət alır.
4.3. İnformasiya kommunikasiya texnologiyaları ilə təchiz edilmiş avtodromlarda sürücülüyə namizədlərdən təcrübi imtahanın qəbul edilməsi və onların sürmə vərdişlərinin qiymətləndirilməsi bu Metodikaya 2 saylı əlavədə göstərilən qaydada həyata keçirilir.
5. Motosikldə imtahan qəbul etmənin təşkili və tələbləri
5.1. İdarəetmə vərdişi, bir qayda olaraq, bir nəfərlik motosikletdə, motorollerlərdə, trisikllərdə və yüngül kvadrisikllərdə yoxlanılır.
5.2. Sürmə vərdişinin yoxlanılması xüsusi meydançada bu Metodikaya 3 saylı əlavəyə uyğun sxem üzrə aparılır.
5.3. Sürücülüyə namizəd aşağıda göstərilən manevrləri yerinə yetirməyi bacarmalıdır:
5.3.1. düzünə hərəkət etməklə sürətlər qutusunu aşağıdan yuxarı və yuxarıdan aşağı ötürməyə keçirmək;
5.3.2. ayaqları ayaq altlığından götürməməklə ən aşağı sürətlə idarə etmək;
5.3.3. kiçik radiuslu döngənin və geri dönmənin icrası (“qabarit dairə”, “ilanvarı”, “səkkizvarı”).
5.4. Əgər imtahan verən şəxs “dairə” yaxud “ilanvarı” yaxud da “səkkizvarı” hərəkəti yerinə yetirə bilmirsə imtahan dayandırılır.
5.5. Motosikleti idarə edərkən aşağıdakı hərəkətlər üzrə bir və ya iki səhvə yol verildikdə “qeyri-məqbul” qiymət verilir:
5.5.1.”dairə” və ya “ilanvarı” və yaxud “səkkizvarı” hərəkəti yerinə yetirərkən yol örtüyünə toxunma;
5.5.2. dayanarkən və mühərrik işləyərkən ötürməni ayıra bilməmək.
- yük avtomobillərinin hərəkət marşrutu üzrə elementlər:
3. Paralel parklanma yeri.
5. Geriyə dönmə yeri.
2. Paralel parklanma yeri.
5. Geriyə dönmə yeri.
- motosikletlərin hərəkət marşrutu üzrə elementlər:
5. Eni məhdudlaşdırılmış hərəkət hissəsi.
START – marşrutun başlanğıcı.
STOP – marşrutun sonu.
Təcrübi imtahanın keçirilmə metodikasına 1-1 saylı əlavə
U- avtomobilin qabarit uzunluğu.
R/1,5 – avtomobilin dönmə radiusunun xarici qabaritindən 1,5 dəfə az olan məsafə;
U- avtomobilin qabarit uzunluğu;
E- avtomobilin qabarit eni.
U- avtomobilin qabarit uzunluğu.
U- avtomobilin qabarit uzunluğu.
U- avtomobilin qabarit uzunluğu;
E- avtomobilin qabarit eni.
Təcrübi imtahanın keçirilmə metodikasına 2 saylı əlavə
hərəkətin başlanmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətsiz olmaq;
təhlükəsizlik kəmərini bağlamamaq;
mühərriki işə bir dəfədən sala bilməmək;
xəbərdaredici siqnalları yandırmamaq (işarələri verməmək və ya vaxtında verməmək);
arxanı göstərən yan güzgülərdən istifadə etməmək;
avtomobili qoşulmuş duracaq tormoz sistemindən azad etməmək;
nəqliyyat vasitəsini yerindən səlis tərpətməmək;
hərəkət sürətinin artırılmasında (azaldılmasında) səlislik və ötürmələrin dəyişdirilməsi recimini pozmaq.
avtomobili yoxuşda dayandırdıqdan sonra yenidən hərəkətə başlaya bilməmək;
yoxuşda dayandırılmış avtomobili hərəkətə qeyri-səlis şəkildə gətirmək və hərəkətə gətirərkən mühərriki söndürmək;
yoxuşda dayandırılmış avtomobildə hərəkətə başlama zamanı 20 sm-dən çox arxaya getmək.
ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü işə salmaqla bir dəfədən geri dönə bilməmək;
hərəkət hissəsinin sərhədlərindən kənara çıxmaq.
Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarını pozmaq;
təyin olunmuş sürət reciminə əməl etməmək;
nəqliyyat vasitələrinin arasında ara və yan məsafələri düzgün seçməmək.
xəbərdaredici siqnalları vaxtında verməmək;
dayanmış nəqliyyat vasitələrinin, o cümlədən ümumi istifadədə olan nəqliyyat vasitələrinin və digər maneələrin yanından düzgün ötüb keçə bilməmək;
bir zolaqdan digərinə yerdəyişməni düzgün icra etməmək;
hərəkət iştirakçılarının siqnallarına qarşı lazımi reaksiya verməmək.
yol ayrıcına yaxınlaşarkən yol şəraitinə qiymət verməmək, lazım olduğu halda xəbərdaredici siqnalları verməmək;
nəqliyyat vasitəsini yol ayrıcının qarşısında düzgün dayandırmamaq;
dayandıqdan sonra nəqliyyat vasitəsini yerindən səlis tərpədməmək;
svetoforun siqnallarına və ya elektron tablo işarələrinə (ETİ) əməl etməmək.
yol ayrıcına yaxınlaşarkən yol nişanlanma xətlərinin tələblərini və yol hərəkətinin digər iştirakçılarının verdiyi siqnalları (işarələri) nəzərə almamaq;
hərəkət üstünlüyündən düzgün istifadə etməmək;
yol ayrıcına yaxınlaşarkən hərəkət sürətini düzgün seçməmək və piyada keçidlərini düzgün keçməmək.
döngəyə düzgün daxil olmamaq;
səlistlik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxa bilməmək.
ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələbləri və digər hərəkət iştirakçılarının davranışları nəzərə alınmaqla yol şəraitini qiymətləndirə bilməmək;
xəbərdarlıq siqnallarını vaxtında verməmək;
konkret şəraitdən asılı olaraq, ötmə vaxtı sürət recimini düzgün seçməmək;
ötmə əməliyyatının başlanğıc və qurtarma trayektoriyasını düzgün seçə bilməmək.
xəbərdarlıq siqnalını vaxtında verməmək və düzgün yerdəyişmə etməmək;
hərəkət sürətinin səlis olaraq azaldılmasını bacarmamaq;
yolun hərəkət hissəsində (kənarlarında) dayanarkən nəqliyyat vasitəsini düzgün yerləşdirməmək;
paralel parklamada avtomobillə bordür arasında qalan məsafə 70 sm-dən çox olduqda;
parklama edərkən bordürə toxunmaq.
yol nişanlarının və nişanlanma xətlərinin tələblərini yerinə yetirməmək.
yol-nəqliyyat hadisəsinin törədilməsi və ya imtahan komissiyasının üzvünün müdaxiləsini zəruri edən qəza şəraitini yaratmaq;
avtomobili imtahan elementləri maneələrinə toxundurmaq;
Avtomobili geriyə hərəkət etdirən zaman onu dayandırmaq və ya işarələnmiş boksa tam şəkildə girə bilməmək;
manevr zamanı təlim elementinin (hərəkət hissəsinin) sərhədlərindən kənara çıxmaq;
avtomobili boksa toxundurmaq.
Sürücülüyə namizəd qaydaların pozulmasına görə 100 cərimə balı topladıqda “qeyri-məqbul” qiymət almış olur.
1. Eni məhdudlaşdırılmış hərəkət hissəsi.
1. 3 aprel 2013-cü il tarixli Q6-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304030106, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2013-cü il)
2. 30 iyul 2013-cü il tarixli Q23-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307300023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 avqust 2013-cü il)
3. 29 avqust 2013-cü il tarixli Q29-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201308290029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 sentyabr 2013-cü il)
4. 24 sentyabr 2013-cü il tarixli Q40-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201309240040, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 oktyabr 2013-cü il)
5. 30 yanvar 2014-cü il tarixli Q1-001-14 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201401300014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 fevral 2014-cü il)
6. 22 fevral 2016-cı il tarixli Q7-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602220007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 fevral 2016-cı il)
7. 20 iyun 2016-cı il tarixli Q36-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606200036, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyun 2016-cı il)
8. 1 mart 2017-ci il tarixli Q12-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201703010012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 mart 2017-ci il)
9. 19 iyul 2017-ci il tarixli Q30-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707190030, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2017-ci il)
10. 5 iyun 2018-ci il tarixli Q28-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201806050028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyun 2018-ci il)
11. 24 noyabr 2018-ci il tarixli Q71-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811240071, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 noyabr 2018-ci il)
12. 19 dekabr 2018-ci il tarixli Q77-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812190077, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 yanvar 2019-cu il)
13. 19 oktyabr 2020-ci il tarixli Q35-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 oktyabr 2020-ci il)
14. 3 noyabr 2020-ci il tarixli Q42-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011030042, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 noyabr 2020-ci il)
15. 16 iyul 2021-ci il tarixli Q14-001-21 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202107160014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 iyul 2021-ci il)
16. 21 noyabr 2022-ci il tarixli Q25-001-22 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202211210025, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 noyabr 2022-ci il)
17. 31 yanvar 2023-cü il tarixli 3-13/Q4/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202301310004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 fevral 2023-cü il)
18. 17 mart 2023-cü il tarixli 3-13/Q11/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202303170011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 aprel 2023-cü il)
19. 10 aprel 2023-cü il tarixli 3-13/Q15/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202304100015, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 aprel 2023-cü il)
20. 16 mart 2024-cü il tarixli 3-13/Q4/2024 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202403160004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2024-cü il)
21. 22 may 2025-ci il tarixli 3-13/Q24/2025 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202505220024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 iyun 2025-ci il)
22. 29 iyun 2026-cı il tarixli 3-13/Q16/2026 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202606290016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2026-cı il)