AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
“Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. “Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q66-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: bu xidmət hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən başqa) və mühərrikinin işçi həcmi 50 kub sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına və yarımqoşqularına texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsi;
1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;
1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.7-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi (bundan sonra-DİN BDYPİ).
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.
1.7. Elektron xidmətin icra müddəti: bir iş günü ərzində
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonun tərtib olunması.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli.
2.2.1. xidmət üzrə ödənişin hüquqi əsası:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsi və VII hissənin 4-cü bəndi;
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə avtonəqliyyat vasitələri üçün 20 manat məbləğində, motonəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 10 manat məbləğində dövlət rüsumu ödənilir;
Həmin Qanunun 18.65.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsinə görə avtonəqliyyat vasitələri üçün - 20 manat, motonəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 10 manat məbləğində dövlət rüsumu ödənilir.
Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün dövlət rüsumları 2 nömrəli əlavəyə uyğun olaraq “Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar” üzrə ödənilir.
ödəmə üsulları: bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsi ilə.
2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/29773/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- http://mia.gov.az/?/az/content/29773/
- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az
- telefon: +994 12 590-81-25, +994 12 590-81-35
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №1) aşağıdakılar əlavə olunur:
1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarixi;
2) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədin nömrəsi və verilmə tarixi.
Xarici ölkələrdə verilmiş nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədin skan edilmiş surəti;
3) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədin, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarışın, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədinin surəti.
4) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsinin skan edilmiş surəti.
Qeyd edilən sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.1. Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışının keçirilməsi üzrə elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
3.2. Elektron xidmətlər üçün sorğu:
3.2.1. sorğunun formalaşdırılması: istifadəçi ərizə formasını (Əlavə №1) elektron xidmətin təqdim edildiyi DİN BDYPİ-nın internet ünvanından yükləyərək doldurur və texniki baxışın keçirilməsi vaxtını seçərək bu reqlamentin 2.6-cı bəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana göndərir.
3.2.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları: istifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-ci bəndində göstərilən sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışı ilə bağlı DİN BDYPİ-nin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3.2. sorğunun qəbulu: istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin Müayinə mərkəzinə və ya ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələrinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üzrə DİN BDYPİ-nin Müayinə mərkəzi və ya ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqəsinin rəhbəri bilavasitə məsuliyyət daşıyır;
3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: sənədlər DİN BDYPİ-nin ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələrində baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və nəqliyyat vasitəsinin dövlət texniki baxışının keçirilməsi məqsədi ilə DİN BDYPİ-nin Müayinə mərkəzi və ya ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələri nəqliyyat vasitəsinin təqdim edilməsi tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçt ünvanına məlumat göndərir.
Nəqliyyat vasitəsi DİN BDYPİ-nin Müayinə mərkəzi və ya ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqələri tərəfindən müəyyən edilmiş tarixdə və vaxtda (növbəsiz) müayinədən keçirilməlidir. Nəqliyyat vasitəsi müayinəyə təqdim edildikdən və nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra DİN BDYPİ-nin Müayinə mərkəzi və ya ərazi üzrə imtahan-qeydiyyat və texniki baxış məntəqəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə və həmin Qanunun 1 nömrəli Əlavəsinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinin tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğu yoxlanılır, axtarışda olan nəqliyyat vasitələrinin və qeydiyyat sənədlərinin siyahısı ilə tutuşdurulur.
Xüsusi təyinatlı və əməliyyat xidmətinin nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən xüsusi işıq və səs siqnallarının mövcud olması, sazlığı və onların quraşdırılmasının qanuniliyi, həmçinin nəqliyyat vasitələrinin rəng qrafikasının dövlət standartının tələblərinə uyğun olması, qoşquların (yarımqoşquların) texniki vəziyyəti isə avtomobilə qoşulmuş vəziyyətdə yoxlanılır.
“Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin VI hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrində həmin Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir.
Dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrinin qeydiyyat sənədlərindəki yazılarla uyğun gəlməməsi, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta üsulla nömrələrin vurulması halları aşkar edildikdə sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir.
3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Texniki baxış zamanı bu reqlamentin 3.4.2-ci yarımbəndinin beşinci abzasında nəzərdə tutulmuş bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə DİN BDYPİ-nin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.
“Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra DİN BDYPİ-nin mərkəzi informasiya sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı “Yol hərəkəti haqqında” Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.
DİN BDYPİ-nin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunduğu anda onu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirilməsi və şəxsin elektron ünvanına (olduğu halda) göndərilməsi üçün dərhal elektron qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə göndərir.
Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: elektron xidmətin yerinə yetirilməsinə nəzarəti DİN BDYPİ həyata keçirir.
3.5.1. nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.5.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş DİN BDYPİ-nin Müayinə mərkəzinin və ya ərazi üzrə qeydiyyat-imtahan və texniki baxış məntəqəsinin rəhbərinin tabe olduğu yuxarı orqana inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. şikayətə baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Azərbaycan Respublikası
Əlaqə vasitələri: telefon, faks,
Hüquqi şəxsin rəhbərinin və ya fiziki
şəxsin imzası __________________________
“___”_______”______
AZ21NABZ12360100000000005 944
AZ47AIIB320510194431002015 00
Kapital Bankın Naxçıvan MR Baş idarəsi
AZ09AIIB320510194430602011 30
AZ60AIIB320510194433602011 33
AZ26AIIB320510194431602011 31
AZ43AIIB320510194432602011 32
AZ77AIIB320510194434602011 34
AZ94AIIB320510194435602011 35
AZ42AIIB320510194489602011 89
AZ17CTRE00000000000002117 131
AZ34CTRE00000000000002116 631
AZ66CTRE00000000000002116 831
AZ94A1IB320510194424002011 24
AZ39AIIB320510194455002011 55
AZ85TU RA36015002260700102 944
AZ05IBAZ360100194497599103 24
AZ68IBAZ360100194497599022 06
AZ37AIIB320510194465002461 65
AZ17AIIB320510194448002011 48
AZ95IBAZ360100194495800432 53
AZ05CTRE00000000000002114 631
AZ89CTRE00000000000002112 731
AZ22AIIB320510194454002011 54
AZ37AIIB320510194472002011 72
AZ40CTRE00000000000002113 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ95AIIB320510194464002011 64
Kapital Bankın Neftçala filialı
AZ86CTRE00000000000002114 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ46AIIB320510194444002011 44
Kapital Bankın Sabirabad filialı
AZ12AIIB320510294443002011 43
Kapital Bankın Salyan filialı
AZ78AIIB320510194463002011 63
Kapital Bankın Hacıqabul filialı
AZ18AIIB320510194488002011 88
Kapital Bankın Cəbrayıl filialı
AZ74CTRE00000000000002112 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ08AIIB320510194476002011 76
Kapital Bankın Astara filialı
AZ73CTRE00000000000002112 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ88AIIB320510194475002011 75
Kapital Bankın Yardımlı filialı
AZ37NABZ01350100000000001944
AZ71AIIB320510194474002011 74
Kapital Bankın Lerik filialı
AZ37NABZ01350100000000001944
AZ44AIIB320510194461002011 61
Kapital Bankın Masallı filialı
AZ37NABZ01350100000000001944
AZ57CTRE00000000000002112 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ22CTRE00000000000002114 131
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ36CTRE00000000000002115 431
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ49AIIB320510194467002011 67
Kapital Bankın İmişli filialı
AZ37NABZ01350100000000001944
AZ98AIIB320510194487002011 87
Kapital Bankın Füzuli filialı
AZ37NABZ01350100000000001944
AZ86AIIB320510194492002011 92
Kapital Bankın Laçın filialı
AZ37NABZ01350100000000001944
AZ41AIIB320510194440002021 40
Kapital Bankın Beyləqan filialı
AZ37NABZ01350100000000001944
AZ59CTRE00000000000002111 331
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ27AIIB320510194460002011 60
Kapital Bankın Ağdaş filialı
AZ37NABZ01350100000000001944
AZ80AIIB320510194446002011 46
Kapital Bankın Zərdab filialı
AZ37NABZ01350100000000001944
AZ26CTRE00000000000002111 731
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ25AIIB320510194477002011 77
Kapital Bankın Ucar filialı
AZ37NABZ01350100000000001944
AZ42CTRE00000000000002111 831
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZO1360100000000003944
AZ10CTRE00000000000002111 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ66AIIB320510194468002011 68
Kapital Bankın Oğuz filialı
AZ37NABZ01350100000000001944
AZ69CTRE00000000000002115 031
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ82AIIB320510194429002011 29
Kapital Bankın Mingəçevir filialı
AZ37NABZ01350100000000001944
AZ03AIIB320510194470002011 70
Kapital Bankın Şəki filialı
AZ37NABZ01350100000000001944
AZ85CTRE00000000000002115 131
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ63AIIB320510194445002011 45
Kapital Bankın Tərtər filialı
AZ37NABZ01350100000000001944
AZ81AIIB320510194486002011 86
Kapital Bankın Ağdam filialı
AZ37NABZ01350100000000001944
AZ95AIIB320510294450009211 50
Kapital Bankın Naftalan filialı
AZ37NABZ01350100000000001944
AZ44CTRE00000000000002110 631
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ56AIIB320510194456002011 56
Kapital Bankın Naftalan filialı
AZ37NABZ01350100000000001944
AZ47AIIB320510194484002011 84
Kapital Bankın Daşkəsən filialı
AZ37NABZ01350100000000001944
AZ51AIIB320510194450002011 50
Kapital Bankın Goranboy filialı
AZ37NABZ01350100000000001944
AZ64AIIB320510194485002011 85
Kapital Bankın Samux filialı
AZ37NABZ01350100000000001944
AZ30AIIB320510194483002011 83
Kapital Bankın Xanlar filialı
AZ37NABZ01350100000000001944
AZ65AIIB320510194428002011 28
Kapital Bankın Kəpəz filialı
AZ37NABZ01350100000000001944
AZ77CTRE00000000000002110 231
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ20AIIB320510194471002011 71
Kapital Bankın Qax filialı
AZ37NABZ01350100000000001944
AZ83AIIB320510194469002011 69
Kapital Bankın Balakən filialı
AZ37NABZ01350100000000001944
AZ97AIIB320510194447002011 47
Kapital Bankın Şəmkir filialı
AZ37NABZ01350100000000001944
AZ85AIIB320510194452002011 52
Kapital Bankın Ağstafa filialı
AZ37NABZ01350100000000001944
AZ14AIIB320510194436602011 36
Kapital Bankın Qazax filialı
AZ37NABZ01350100000000001944
AZ87CTRE00000000000002113 931
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
AZ23CTRE00000000000002113 531
Dövlət Xəzinədarlığı Agentliyi
AZ41NABZ01360100000000003944
1. 3 aprel 2013-cü il tarixli Q9-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304030009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2013-cü il)
2. 15 iyul 2013-cü il tarixli Q21-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307150021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2013-cü il)
3. 29 avqust 2013-cü il tarixli Q31-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201308290031, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 sentyabr 2013-cü il)
4. 18 mart 2015-ci il tarixli Q8-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201503180008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 mart 2015-ci il)
5. 1 iyul 2015-ci il tarixli Q16-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201507010016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 iyul 2015-ci il)
6. 9 sentyabr 2015-ci il tarixli Q30-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509090030, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 sentyabr 2015-ci il)
7. 7 dekabr 2015-ci il tarixli Q67-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512070067, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 dekabr 2015-ci il)
8. 21 aprel 2017-ci il tarixli Q22-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201704210022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 may 2017-ci il)
9. 6 sentyabr 2017-ci il tarixli Q34-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709060034, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 sentyabr 2017-ci il)
10. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
11. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)
12. 5 iyun 2018-ci il tarixli Q29-001-18 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201806050029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 iyun 2018-ci il)
13. 21 avqust 2018-ci il tarixli Q43-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210043, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)
14. 8 yanvar 2019-cu il tarixli Q8-001-19 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201901080008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 yanvar 2019-cu il)