Qanunvericilik › Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsaanmənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.10.1999) › Tam mətn

Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsaanmənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.10.1999)

Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsaanmənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.10.1999) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsaanmənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

4. Bu əsasnamələrin tələblərinin həyata keçirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təmin etsinlər.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 15 oktyabr 1999-cu il

1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə və nəqliyyat-yol kompleksi sahəsi haqqında digər normativ hüquqi aktların tələblərinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi qaydalarını müəyyən edir, nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi zamanı istehlakçılar və icraçılar arasında yaranan münasibətləri tənzimləyir.

1.2. İstehlakçı — nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsini sifariş verən fiziki və yaxud hüquqi şəxsdir.

1.3. İcraçı — mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq nəqliyyat vasitələrinin texniki xidməti üzrə fəaliyyət göstərən hüquqi şəxs, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

1.4. texniki xidmət — nəqliyyat vasitələrinin təmirindən və texniki qulluğundan ibarət olmaqla, nasazlıqların aşkar edilib aradan qaldırılmasına, eləcə də etibarlı və təhlükəsiz istismarına, həmçinin ekoloji yararlığına yönəldilmiş kompleks tədbirlərdir.

1.5. texniki xidmət — göstərilmiş texniki xidmətin təyin edilmiş müddət ərzində təhlükəsiz nəticələrinə və çatışmazlıqların ödənişsiz aradan qaldırılmasına təminat verən icraçının maddi və hüquqi məsuliyyətini nəzərdə tutur.

II. Texnİkİ xİdmətlər haqqında məlumat, sİfarİşlərİn qəbulu və müqavİlələrİn tərtİb edİlməsİ qaydaları

2.1. İcraçı öz təşkilatının adını, yerləşdiyi yeri (hüquqi ünvanını) və iş rejimini istehlakçının nəzərinə çatdırmalıdır. Göstərilən məlumatlar təşkilatın adını bildirən lövhədə yerləşdirilir.

İcraçı onu qeydiyyata almış orqanın adı göstərilməklə, dövlət qeydiyyatı haqqında istehlakçıya onun tələbi ilə məlumat verməlidir.

Sanitar, təmir və başqa tədbirləri həyata keçirmək üçün fəaliyyətini müvəqqəti dayandırmış icraçı, işin dayandırılması tarixi və fəaliyyət göstərməyəcəyi müddət haqqında istehlakçılara məlumat verməlidir.

2.2. İcraçı göstərilən texniki xidmətlər haqqında istehlakçıya müqavilə bağlananadək düzgün seçmə imkanı verən məlumat verməlidir.

Bu məlumat sifariş qəbul edilən otaqda, yaxşı görünən yerdə olmaqla aşağıdakıları əks etdirməlidir:

2.2.1. göstərilən texniki xidmətlərin siyahısı;

2.2.2. göstərilən texniki xidmətlərin tələblərinə uyğun olan standartların adları;

2.2.3. mütləq sertifikatlaşdırma tələb edən xidmətlərin sertifikatlaşdırılması haqqında məlumat (sertifikatın nömrəsi, qüvvədə olma müddəti, sertifikatı verən orqanın adı);

2.2.4. göstərilən texniki xidmətlərin, həmçinin istifadə edilən materialların və ehtiyat hissələrinin qiyməti, ödəniş qaydaları və üsulları;

2.2.5. respublika qanunları və başqa normativ-hüquqi aktları, yaxud müqavilə ilə təyin edilmiş təminat müddətləri;

2.2.6. sifarişlərin yerinə yetirilməsi müddətləri.

2.3. İcraçı istehlakçıya onun tələbi ilə tanış olmaq üçün aşağıdakıları təqdim etməlidir:

2.3.1. bu Əsasnaməni;

2.3.2. müqavilənin, sifariş-tapşırıqların, təhvil-təslim aktlarının, qəbzlərin, talonların və icraçı tərəfindən sifarişin qəbul edilməsini təsdiq edən başqa sənədlərin nümunəsini;

2.3.3. qanunvericilikdə nəzərdə tutulan güzəşt almağa hüququ olan istehlakçıların kateqoriyalarının və güzəştli xidmətlərin siyahısını.

İcraçı müqaviləyə və müvafiq xidmətə aid olan başqa məlumatları istehlakçının xahişi ilə ona bildirməyə borcludur.

2.4. Məlumat istehlakçıya Azərbaycan dilində və əlavə olaraq icraçının mülahizəsi ilə xarici dillərdən birində çatdırılmalıdır.

2.5. İcraçı respublika qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş qaydada iş rejiminə riayət etməlidir.

2.6. İcraçıda müəyyən edilmiş qaydada tikilmiş, möhürlənmiş və istehlakçının tələbi ilə ona təqdim edilən rəy və təkliflər kitabı olmalıdır.

2.7. İcraçı öz iş fəaliyyətinin xarakterinə uyğun olan xidmətlər göstərilməsinə sifariş qəbul edir.

Texniki xidmət qabaqcadan verilmiş sifarişlə, yaxud sifarişsiz göstərilir.

Texniki xidmət göstərilməsinə sifariş istehlakçı tərəfindən yazılı formada, yaxud şifahi (telefonla) verilə bilər. Sifariş əsasında xidmət göstərilməsi üçün icraçı nəqliyyat vasitəsinin gətirilməsi tarixini və vaxtını təyin etməlidir. İcraçı sifarişlərin hesabatının aparılmasını təmin etməlidir.

İstehlakçı təyin edilmiş vaxtda işlərin görüləcəyi yerə gəlmədikdə, xidmətin göstərilməsi ümumi növbə əsasında aparılır.

2.8. İcraçı texniki xidmət göstərilməsi üçün müqaviləni yalnız bu xidmətin göstərilməsinə imkan olduqda bağlamalıdır.

İcraçı müqavilə bağlayarkən, qanunvericiliklə və başqa normativ hüquqi aktlarla nəzərdə tutulmuş hallardan başqa istehlakçılardan heç birinə üstünlük verməkdə haqlı deyil.

2.9. Texniki xidmət göstərilməsi üçün müqavilə nəqliyyat vasitəsinə mülkiyyət hüququ olan sənəd təqdim edildikdə bağlanılır. Nəqliyyat vasitələrinin ayrı-ayrı nömrəsiz tərkib hissələri təmirə verilərkən göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan istehlakçı nəqliyyat vasitəsini istismar etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.

Nəqliyyat vasitələrinin texniki qulluğuna və təmirinə müqavilə tərtib edilməsi və yerinə yetirilməsi üçün mülkiyyət hüququnu təsdiq edən sənədlər saxlanmaq üçün alınmır.

Güzəştli texniki xidmətə hüququ olan istehlakçılar bu hüquqlarının olması haqqında sənəd təqdim etməlidirlər. Nəqliyyat vasitəsindən etibarnamə ilə istifadə edənlər güzəştli texniki xidmət hüququnu saxlayırlar.

2.10. Texniki xidmət göstərilməsi üçün müqavilə yazılı formada bağlanılır və özündə aşağıdakı məlumatları əks etdirməlidir:

2.10.1. icraçı təşkilatın adı və yeri (hüquqi ünvanı), fərdi sahibkarın adı, soyadı, dövlət qeydiyyatı haqqında məlumat;

2.10.2. istehlakçının adı, soyadı, telefonu və ünvanı;

2.10.3. sifarişin qəbul edildiyi tarix, icra edilmə müddəti;

2.10.4. göstərilən texniki xidmətin qiyməti və ödəniş qaydası;

2.10.5. nəqliyyat vasitəsinin markası, modeli, dövlət qeydiyyat nişanı, əsas aqreqatların nömrələri;

2.10.6. nəqliyyat vasitəsinin tərəflərin razılığı ilə müəyyən edilmiş qiyməti;

2.10.7. xidmətlərin siyahısı, icraçının ehtiyat hissələrinin və materiallarının siyahısı, onların sayı və dəyəri;

2.10.8. texniki xidmətlərin nəticələrinə respublika qanunları və başqa normativ-hüquqi aktları ilə, yaxud müqavilə ilə təyin edilmiş təminat müddəti;

2.10.9. sifarişi qəbul edən və müqavilə tərtib edən şəxsin adı, soyadı, imzası, həmçinin istehlakçının imzası;

2.10.10. göstərilən texniki xidmətlərin xüsusiyyətləri ilə əlaqədar başqa zəruri məlumatlar.

2.11. İstehlakçının iştirakı ilə göstərilən xırda texniki xidmətlər (şinlərin doldurulması, diaqnostika işləri, yuma, yağlama, texniki qulluğun və təmirin bəzi növləri) üçün müqavilənin əvəzinə qəbz, jeton, talon, kassa çeki və s. verilə bilər.

2.12. Nəqliyyat vasitəsi icraçı təşkilatda qalmaqla təmirə verildikdə icraçı tərəfindən müqavilə ilə yanaşı təhvil-təslim aktı tərtib edilir. Həmin aktda nəqliyyat vasitəsinin qəbulu zamanı onun dəstliyi, görünən xarici zədələri və qüsurları göstərilir. Təhvil-təslim aktı icraçının və istehlakçının məsul şəxsləri tərəfindən imzalanır və icraçının möhürü ilə təsdiq edilir.

Müqavilənin və təhvil-təslim aktının surəti istehlakçıya verilir.

2.13. Göstərilən texniki xidmətlər haqqında müqavilənin bağlanmasını təsdiq edən sənədlər itdikdə, istehlakçı bu haqda icraçıya xəbər verməlidir. Bu halda nəqliyyat vasitəsi istehlakçıya onun ərizəsinə əsasən pasport və ya onun şəxsiyyətini təsdiq edən başqa sənəd təqdim edildikdə verilir.

2.14. Nəqliyyat vasitələrinin təmiri üçün istehlakçının verdiyi ehtiyat hissələri və materiallar qüvvədə olan normativ sənədlərin tələblərinə cavab verməlidir. Əgər onların məcburi sertifikatlaşdırılması nəzərdə tutulmuşdursa, sertifikatlaşma haqqında sənəd olmalıdır.

İstehlakçı tərəfindən ehtiyat hissələrinin və materialların verilməsi haqqında icraçı və istehlakçı arasında bağlanmış müqavilədə (sifariş-tapşırıq, qəbz və ya başqa sənəddə), həmçinin təhvil-təslim aktının bütün nüsxələrində dəqiq adları və qiymətləri göstərilməklə qeydlər aparılır.

2.15. İstehlakçı texniki xidmətin ayrı-ayrı növlərinin seçmə yolu ilə aparılmasını tələb etmək hüququna malikdir.

İcraçı müqavilədə olmayan və istehlakçı tərəfindən yerinə yetirilməsi tələb edilməyən haqqı ödənilən əlavə xidmətlər göstərmək, həmçinin müəyyənləşdirilmiş texniki xidmətlərin əvəzinə başqa işləri yerinə yetirmək hüququna malik deyildir. Bu cür işlərin haqqı istehlakçı tərəfindən ödənilir.

2.16. Aşağıdakılar aşkar edildikdə, icraçı dərhal istehlakçını xəbərdar etməli və ondan göstəriş alanadək texniki xidmət göstərilməsini dayandırmalıdır:

2.16.1. istehlakçıdan alınan ehtiyat hissələri və materiallar yararsız və keyfiyyətsiz olduqda;

2.16.2. göstərilən texniki xidmətlər haqqında istehlakçının göstərişlərinin yerinə yetirilməsinin əlverişsiz nəticələrə gətirib çıxaracağı ehtimalı olduqda;

2.16.3. icraçıdan asılı olmayan başqa səbəblər nəqliyyat vasitəsindən effektiv və təhlükəsiz istifadə edilməsinə maneçilik törədərsə və ya göstərilən xidmətlərin vaxtında başa çatdırılmasına mane olduqda.

III. Göstərİlən texnİkİ xİdmətlərİn aparılması qaydaları

3.1. Göstərilən texniki xidmətlərin keyfiyyəti müqavilə şərtlərinə müvafiq olmalıdır. Əgər müqavilədə keyfiyyət üçün tələblər nəzərdə tutulmamışdırsa, işin keyfiyyəti bu növ xidmətlərə uyğun olaraq, irəli sürülən tələblərə müvafiq olmalıdır.

Əgər göstərilən texniki xidmətlər üçün Azərbaycan Respublikasının müvafiq qanunları və başqa normativ-hüquqi aktları ilə zəruri tələblər nəzərdə tutulmuşdursa, icraçı göstərilən texniki xidməti həmin tələblərə riayət etməklə yerinə yetirməlidir.

3.2. İcraçı müqavilədə nəzərdə tutulan müddətdə xidməti başa çatdırmalıdır.

Texniki xidmət istehlakçının təyin etdiyi yerdə göstərilərkən icraçı öz işçilərinin, materiallarının, texniki vasitələrin, alətlərin istehlakçı ilə razılaşdırıldığı vaxtda texniki xidmət yerinə çatdırılmasını, istehlakçı isə texniki xidmət göstərilməsi üçün zəruri şərait yaradılmasını təmin edir.

3.3. İstehlakçının əlavə xidmətlər göstərilməsi haqqında ayrıca xahişi sazişlə tərtib edilir və bağlanmış müqaviləyə əlavə edilir. Bu zaman göstərilən xidmətlər üçün yeni müddət təyin edilə bilər.

3.4. Göstərilən texniki xidmətlərin aparılması zamanı hərəkət üçün təhlükə yaradan nasazlıqlar aşkar edildikdə, icraçı bu Əsasnamənin 2.16-cı bəndində nəzərdə tutulmuş qaydalara əsasən hərəkət etməlidir.

Göstərilən texniki xidmətlərin aparılması zamanı hərəkət üçün təhlükə yaradan nasazlıqların aradan qaldırılması ilə əlaqədar işlərin aparılmasına istehlakçı razı deyilsə və ya nəqliyyat vasitəsinin təmirinin gedişində göstərilmiş nasazlıqları aradan qaldırmaq mümkün olmamışdırsa, icraçı təhvil-təslim aktının bütün nüsxələrində və ya sifarişin qəbulunu təsdiq edən başqa sənədlərdə bu nasazlıqların olması haqqında qeydlər aparır. Həmin qeydlər icraçının və istehlakçının məsul şəxsləri tərəfindən təsdiq edilir.

3.5. İstehlakçı istənilən vaxt icraçının fəaliyyətinə müdaxilə etmədən göstərilən texniki xidmətlərin gedişini və keyfiyyətini yoxlamaq hüququna malikdir. İcraçı işin texnoloji rejimi, təhlükəsizlik texnikası, yanğına qarşı təhlükəsizlik və istehsalat sanitariyasına riayət edilməsi şərti ilə istehlakçının istehsalat sahələrində olmasına şərait yaratmağa borcludur.

3.6. İstehlakçı istənilən vaxt, iş ona təhvil verilənədək işin görülməsi haqqında müqaviləni yerinə yetirməkdən imtina etmək hüququna malikdir. Bu zaman, o, müqaviləni yerinə yetirməkdən imtina etdiyini bildirənə qədər işin görülmüş hissəsinə müvafiq olaraq təyin edilmiş qiyməti və müqavilənin ləğvi ilə icraçıya vurulan zərərin əvəzini ödəyir.

İstehlakçı faktiki görülmüş işin haqqını icraçıya ödəmək şərti ilə göstərilən texniki xidmətlər haqqında müqaviləni icra etməkdən imtina etmək hüququna malikdir.

3.8. Nəqliyyat vasitəsi istehlakçıya göstərilən texniki xidmətlərin tamlığına və keyfiyyətinə, dəstliyinə, ümumi görünüşünə icraçı tərəfindən aparılan nəzarətdən sonra verilir.

3.9. İstehlakçı müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə icraçının iştirakı ilə nəqliyyat vasitəsinin dəstliyini və texniki vəziyyətini, həmçinin göstərilən texniki xidmətlərin həcmini və keyfiyyətini, təmir edilən qovşaq və aqreqatların sazlığını yoxladıqdan sonra göstərilən xidməti qəbul etməlidir. Göstərilən texniki xidmətin nəticələrini pisləşdirən müqavilədən kənara çıxma halları aşkar edildikdə, ayrı-ayrı tərkib hissələr dəyişdirildikdə, nəqliyyat vasitəsi dəstli olmadıqda və başqa çatışmazlıqlar müəyyən edildikdə, istehlakçı bu haqda dərhal icraçıya bildirməlidir. Göstərilən çatışmazlıqlar təhvil-təslim aktında və ya sifarişin qəbulunu təsdiq edən başqa sənəddə qeyd olunmalı, icraçı və istehlakçı tərəfindən təsdiq edilməlidir. Əgər təhvil-təslim aktında və ya sifarişin qəbulunu təsdiq edən başqa sənəddə bu çatışmazlıqlar və ya onların aradan qaldırılması haqqında tələblərin sonradan irəli sürülməsinin mümkünlüyü əvvəlcədən şərtləşdirilmişdirsə, istehlakçı göstərilən texniki xidməti qəbul edərkən çatışmazlıqlar aşkar etdikdə, onlara istinad edə bilər.

Müqavilə icra edildikdən və ya istehlakçı onun icra edilməsindən imtina etdikdən sonra icraçı istehlakçıya nəqliyyat vasitəsinə qoyulmuş nömrəli aqreqatlar üçün hesab-arayış verməli, istehlakçı tərəfindən qiyməti ödənilmiş ehtiyat hissələrini geri qaytarmalı, yaxud istehlakçının razılığı ilə icraçıda qalan istifadə edilməmiş ehtiyat hissələrinin qiymətini nəzərə almaqla xidmətin haqqını azaltmalı, həmçinin dəyişdirilmiş (nasaz) qovşaq və detalları qaytarmalıdır.

3.10. Texniki xidmətlərin göstərilməsi üçün ehtiyat hissələri və materialları verən icraçı onların keyfiyyətinə təminat verməlidir.

İstehlakçıdan qəbul edilən nəqliyyat vasitəsi (ehtiyat hissələri, materiallar) itdikdə, korlandıqda, zədələndikdə icraçı istehlakçıya 1 aydan gec olmayaraq uyğun keyfiyyətli nəqliyyat vasitəsi (ehtiyat hissələri, materiallar) və ya itirilmiş (zədələnmiş) nəqliyyat vasitəsinin (ehtiyat hissələrinin, materialların) dəyərini və dəymiş ziyanı ödəməlidir.

3.11. Göstərilmiş texniki xidmətlərdə çatışmazlıqlar və ya onların səbəbləri barəsində istehlakçı ilə icraçı arasında fikir ayrılığı olduqda və ya mübahisə yarandıqda icraçının və yaxud istehlakçının təşəbbüsü ilə nəqliyyat vasitəsi ekspertizaya təqdim edilə bilər. Ekspertiza xərcləri müqavilə şərtlərinin icraçı tərəfindən pozulduğu müəyyən edildikdə icraçı tərəfindən, müqavilə şərtlərinin pozulmadığı müəyyən edildiyi halda isə istehlakçı tərəfindən ödənilməlidir.

IV. Göstərİlən texnİkİ xİdmətİn haqqının ödənİlməsİ qaydaları

4.1. İstehlakçı icraçının göstərdiyi texniki xidmətin haqqını müqavilədə göstərilən qaydada və müddətlərdə ödəməyə borcludur.

İcraçı tərəfindən görülmüş iş tam təhvil verildikdən sonra istehlakçı onun haqqını ödəməyə borcludur. İstehlakçının razılığı ilə işin haqqı müqavilə bağlanarkən tam və ya avans verilməsi yolu ilə ödənilə bilər. İcraçının verdiyi ehtiyat hissələrinin və materiallarının haqqı müqavilə bağlanarkən, orada göstərildiyi kimi, tam və ya qismən ödənilir. İstehlakçı görülmüş işi qəbul etdikdə, işin haqqı tamamilə ödənilir.

Müqaviləyə uyğun surətdə ehtiyat hissələri və materiallar istehlakçıya icraçı tərəfindən kreditə, o cümlədən müddətlərlə haqqı ödənilmək şərti ilə verilə bilər.

4.2. Göstərilən texniki xidmətlərin qiyməti icraçı və istehlakçı arasında razılaşma ilə müəyyənləşdirilir.

Müqavilə ilə nəzərdə tutulmuş texniki xidmətlər üçün smeta tərtib edilə bilər. İstehlakçının və ya icraçının tələbi ilə smetanın tərtib edilməsi zəruri sayılır. Texniki xidmət icraçının tərtib etdiyi smetaya müvafiq surətdə yerinə yetirilirsə, istehlakçı müqaviləni təsdiq etdiyi andan smeta onun tərkib hissəsi sayılır. İşin haqqı smetaya müvafiq məbləğdə ödənilir. Nəqliyyat vasitəsində smeta ilə nəzərdə tutulmayan nasazlıqlar aşkar edilərsə, müqavilədə müvafiq dəyişikliklər edilir və işin haqqı faktiki həcmə görə ödənilir.

V. İcraçının məsulİyyətİ

5.1. Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında müqavilənin öhdəliklərinin icra edilməsi və yaxud lazımi səviyyədə yerinə yetirilməməsi üçün icraçı qanunvericiliyə və müqavilə şərtlərinə müvafiq olaraq məsuliyyət daşıyır.

5.2. Görülmüş işlərin qəbulu zamanı və ya nəqliyyat vasitəsinin istifadə edilməsi zamanı çatışmazlıqlar aşkar edildikdə, istehlakçının öz mülahizəsi ilə icraçıdan aşağıdakıları tələb etməyə hüququ vardır:

5.2.1. çatışmazlıqların ödənişsiz aradan qaldırılmasını;

5.2.2. iş üçün təyin edilmiş qiymətin müvafiq şəkildə azaldılmasını;

5.2.3. işlərin yenidən ödənişsiz yerinə yetirilməsini, çatışmazlıqların aradan qaldırılması zamanı çəkilən xərclərin icraçının hesabına (tənasübsüz xərclər tələb edildiyi hallar istisna olmaqla) ödənilməsini.

Əgər çatışmazlıqlar istehlakçı ilə razılaşdırılmış müddətədək aradan qaldırılmamışdırsa və ya onların aradan qaldırılması mümkün deyilsə, onda istehlakçının müqavilənin icra edilməsindən imtina etməyə və dəymiş ziyanın ödənilməsini tələb etməyə hüququ vardır.

Əgər çatışmazlıqlar təminat müddətində aşkar edilmişdirsə, istehlakçının bu bəndlə nəzərdə tutulmuş tələbləri irəli sürmək hüququ vardır.

Əgər göstərilmiş texniki xidmətin nəticələri üçün təminat müddəti təyin edilməmişdirsə, aşkar edilmiş nöqsanlarla əlaqədar tələblər istehlakçı tərəfindən göstərilmiş xidmətin qəbul olunduğu gündən 1 il ərzində irəli sürülə bilər.

Əgər müqavilə ilə nəzərdə tutulmuş təminat müddəti 1 ildən azdırsa və çatışmazlıqlar təminat müddəti keçdikdən sonra, lakin göstərilmiş xidmətin qəbul olunduğu gündən 1 il ərzində aşkar edilmişdirsə, istehlakçı çatışmazlıqların göstərilmiş xidmətin təhvil verildiyi anadək olduğunu sübut edəcəyi təqdirdə icraçı məsuliyyət daşıyır.

5.3. Əgər icraçı vaxtında xidmət göstərməyə başlamamışdırsa və ya xidmət göstərilən zaman onun vaxtında yerinə yetirilməyəcəyi aydın olmuşdursa, həmçinin göstərilən xidmətlərin vaxtı keçərsə, istehlakçının öz mülahizələri ilə aşağıdakıları tələb etməyə hüququ vardır:

5.3.1. texniki xidmət göstərmək üçün icraçıya yeni vaxt təyin edilməsini və qiymətlərin azaldılmasını;

5.3.2. texniki xidmətlər göstərilməsi haqqında müqavilənin pozulmasını.

İstehlakçının texniki xidmət göstərilməsinin başlanması, habelə xidmət göstərilməsi və başa çatması vaxtlarının pozulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsini tələb etməyə hüququ vardır.

Texniki xidmət göstərməyə başlanması və xidmət göstərməyin başa çatması üçün istehlakçı tərəfindən təyin edilən yeni müddət xidmət göstərilməsi haqqında müqavilədə göstərilir.

Göstərilən texniki xidmətlərin başlanması və başa çatması müddətləri və ya bu bəndə əsasən istehlakçı tərəfindən təyin edilmiş yeni müddətlər pozularsa, icraçı istehlakçıya vaxtı keçmiş hər gün (saat, əgər vaxt saatla təyin edilmişdirsə) üçün texniki xidmətin qiymətinin (əgər texniki xidmətin qiyməti müqavilədə ayrıca göstərilməmişdirsə, sifarişin ümumi qiymətinin) 1 (bir) faizi miqdarında penya ödəməlidir.

İstehlakçının aldığı penyanın məbləği ayrıca xidmət növünün qiymətindən, əgər bu qiymət müqavilə ilə müəyyənləşdirilməmişdirsə — sifarişin ümumi qiymətindən yüksək ola bilməz.

Texniki xidmətlərin göstərilməsi haqqında müqavilədə penya daha yüksək ölçüdə təyin edilə bilər.

Əgər müqavilə ilə texniki xidmətin təcili görülməsi üçün üstəlik təyin edilmişdirsə, sifariş vaxtında yerinə yetirilmədikdə, istehlakçıya penyadan başqa tam həcmdə üstəlik də qaytarılır.

1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə və nəqliyyat-yol kompleksi sahəsi haqqında digər normativ hüquqi aktların tələblərinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinin təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir.

1.1-1. Avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) avtonəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət, nasazlığın aradan qaldırılması, eləcə də onların etibarlı və təhlükəsiz istismarı, həmçinin ekoloji yararlılığı üzrə kompleks işlərin təminatlı şərtlərlə yerinə yetirilməsi məqsədi ilə yaradılır.

1.2. texniki-təmir sahələri nəqliyyat vasitələrinin texniki xidmətinin kompleks işlərindən birini və ya bir neçəsini təminatlı şərtlərlə yerinə yetirən tam təsərrüfat hesabı, özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən hüquqi şəxsdir.

Avtonəqliyyat müəssisəsində nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər nəqliyyat vasitələrinə texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində həyata keçirirlər. Bu halda texniki-təmir sahələri hüquqi şəxs yaradılmadan təşkil oluna bilər.

1.3. İxtisaslaşma profili — texniki-texnoloji yaxınlıq əlamətləri üzrə seçilmiş xidmət növləridir.

2. texnİkİ-təmİr sahələrİnİn təşkİlİ

2.1. Texniki-təmir sahələrində avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə müəyyən növ təminatlı texniki xidmətlər göstərilir.

2.2. texniki-təmir sahələri yaşayış məntəqələrində avtomagistralların və yolların kənarında yerləşdirilməklə, istirahət zonalarından, məktəblərdən, uşaq bağçalarından, müalicə ocaqlarından mövcud normalara uyğun məsafədə aralı olmalıdır.

2.3. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinin işçilərinin peşəkarlıq yararlılığı texnoloji prosesin tələblərinə müvafiq olmalıdır.

2.3-1. Texniki-təmir sahələrində çalışan şəxslər həmin sahələr tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təsdiq etdiyi metodiki göstərişlərlə tanış edilir.

2.3-2. Texniki-təmir sahələrinin istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır.

2.4. texniki-təmir sahələrinin layihələndirilməsində və istismarında ətraf mühitin mühafizəsinə dair ekoloji və sanitar-epidemioloji norma və standartlara əməl edilməlidir.

2.5. texniki-təmir sahələrinin layihələndirilməsi və inşa edilməsi ixtisaslaşma profilini nəzərə almaqla, istehsalat gücünə, müasir tikinti norma və qaydalarına uyğun aparılmalıdır.

2.6. texniki-təmir sahəsinin istehsalat prosesi ixtisaslaşma profili üzrə yerinə yetirilən işlərin xarakterindən asılı olaraq normativ-texniki sənədlərə uyğun müəyyənləşdirilir.

2.7. texniki-təmir sahələrinin istehsal gücü ixtisaslaşma profilinə və görülən işlərin həcminə görə müəyyənləşdirilir.

2.8. texniki-təmir sahələrində nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi qüvvədə olan mövcud normativ-texniki sənədlər əsasında, texnoloji prosesin, istehsalın təşkilinin və elmi-texniki tərəqqinin müasir tələblərinə uyğun olaraq həyata keçirilir.

2.9. texniki-təmir sahələrində nəqliyyat vasitələrinə texniki xidmət texnoloji prosesdən asılı olaraq işçi postlarda və ya işçi yerlərində yerinə yetirilir.

İşçi yerləri və ya işçi postları texniki şərtlərə müvafiq tərtib edilməlidir.

2.11. Nəqliyyat vasitələrinin texniki qulluq və təmirinin kompleks işlərinin optimal qruplaşdırılması əsasında aşağıdakı texniki-təmir sahələri formalaşdırılır:

yığışdırma — yuma sahəsi;

diaqnostika (nəzarət, yoxlama, nizamlama işləri) sahəsi;

aqreqat təmiri sahəsi;

çilingər-mexaniki sahə;

qida sistemi aparatlarının təmiri sahəsi;

şinquraşdırma və şin təmiri sahəsi;

akkumulyator təmiri sahəsi;

tənəkəçi-qaynaq və misgər sahəsi;

üzçəkmə-armatur sahəsi;

2.12. texniki-təmir sahələrində nəqliyyat vasitələrinin və aqreqatların təmiri fərdi üsulla yerinə yetirilir.

2.13. texniki-təmir sahələrində nəqliyyat vasitələrinin qəbulu və təhvili müqavilə, sifariş-tapşırıq, talon və ya qəbz əsasında aparılır.

2.14. texniki-təmir sahələrində nəqliyyat vasitələrinin texniki xidmətə qəbulu zamanı irəli sürülən tələblər:

2.14.1. nəqliyyat vasitələrinə ümumi nəzarət-baxış keçirilməsi və dəstliyinin yoxlanılması;

2.14.2. nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının, mühərrik, ban və şassi nömrələrinin pasport göstəricilərinə uyğunluğu;

2.14.3. nəqliyyat vasitələrinin konstruksiyalarında edilən dəyişikliklərin müvafiq standartlara və normalara uyğunluğunu təsdiq edən Dövlət Yol Polisi orqanları tərəfindən verilmiş sənədin təqdim edilməsi;

2.14.4. göstərilən xidmətlərin həcminin, qiymətinin və yerinə yetirilmə müddətinin təyini və sifarişçi ilə razılaşdırılması;

2.14.5. ilkin sənədlərin (müqavilə, sifariş-tapşırıq, talon, qəbz və s.) tərtibi;

2.14.6. qəzaya uğramış nəqliyyat vasitələrinin təmirinə Dövlət Yol Polisi orqanları tərəfindən icazə verilməsini təsdiq edən sənədin təqdim edilməsi;

2.14.7. nəqliyyat vasitələrinin xarici görünüşü texniki xidməti yerinə yetirməyə imkan verəcək dərəcədə təmiz, texnoloji prosesin tələblərinə müvafiq olaraq sərnişinsiz və yüksüz olmalıdır.

Bu tələblərə riayət olunmadığı halda, nəqliyyat vasitələri texniki xidmətə qəbul edilmir.

2.15. Nəqliyyat vasitələrinə göstərilən texniki xidmətin haqqı mövcud normalara müvafiq olaraq tərtib edilmiş qiymət cədvəli, yaxud müqaviləyə uyğun olaraq sifarişçi tərəfindən rəsmi sənədlər əsasında sifariş-tapşırıq, talon, yaxud qəbzlə ödənilir.

2.16. texniki-təmir sahələrində respublika qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş qaydada iş rejiminə riayət edilməlidir.

2.16-1. Texniki-təmir sahələri tərəfindən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

3. texnİkİ-təmİr sahələrİnİn vəzİfə və funksİyaları

3.1. texniki-təmir sahələri nəqliyyat vasitələrinə ixtisaslaşma profilinə müvafiq olaraq sifariş (müqavilə) əsasında xidmət göstərir.

3.2. nəqliyyat vasitələrini mövsümi istismara hazırlayır.

3.3. Nəqliyyat vasitələrinin konservasiyasını və antikorroziya örtüyü ilə işlənməsini yerinə yetirir.

3.4. Nəqliyyat vasitələrinin konstruksiyalarında əsaslı dəyişiklik etmədən və istismar qaydaları ilə qadağan olunmayan əlavə avtoservis xidmətləri (radioqəbuledici, mühərrikin karterinə qoruyucu qoyulması və s.) göstərir.

3.5. Nəqliyyat vasitələrinin istismarı və texniki qulluğu üzrə onların sahiblərinə ödənişli əsaslarla müvafiq xidmətlər göstərir və məsləhətlər verir.

3.6. Öz ərazilərində nəqliyyat vasitələrinin pullu dayanacağını təşkil edir.

3.7. Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin, qovşaqların, alət və ləvazimatların satışını təşkil edir.

3.8. Nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında müvafiq sənəd verir.

4. texnİkİ-təmİr sahələrİndə texnİkİ xİdmət qaydaları

4.1. texniki-təmir sahələrində texniki xidmət üçün qəbul edilən nəqliyyat vasitələrinin dəstliyinə, qorunmasına, müqavilədə göstərilən işlərin həcminə, keyfiyyətinə və vaxtında yerinə yetirilməsinə, ödəniş haqqının düzgün alınmasına riayət olunmalıdır.

4.2. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri avtonəqliyyat vasitələrinin təhlükəsiz və saz istismarına təminat verməyə borcludur.

Təminat müddəti ixtisaslaşma profilindən, avtonəqliyyat vasitələrinin tip və konstruktiv xüsusiyyətlərindən asılı olaraq, texniki-təmir sahələri tərəfindən mövcud normalar əsasında müəyyən edilir.

4.3. Təminat müddəti ərzində texniki istismar qaydaları pozulduqda, yol-nəqliyyat hadisəsi baş verdiyi hallarda, nəqliyyat vasitələrini texniki-təmir sahələrindən kənarda təmir etdikdə texniki-təmir sahələri həmin xidmətlərin təminatı üçün məsuliyyət daşımır və sifarişçidən iddia qəbul edilmir.

4.4. texniki-təmir sahələri (icraçı) ilə sifarişçi (istehlakçı) arasında olan münasibətlər «Nəqliyyat vasitələrinə t texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə» ilə tənzimlənir.

1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə və nəqliyyat-yol kompleksi sahəsi haqqında digər normativ hüquqi aktların tələblərinə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının təşkili qaydalarını, təyinatını, strukturunu, vəzifə, funksiya və məsuliyyətini müəyyən edir.

1.2. texniki-təmir stansiyaları — nəqliyyat vasitələrinə təminatlı texniki xidmətini yerinə yetirən tam təsərrüfat hesablı, özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərən hüquqi şəxsdir.

1.3. Texniki qulluq — nəqliyyat vasitələrinin hissələrinin yeyilmə dərəcəsini azaltmaq, baş verə biləcək nasazlıqların qarşısını qabaqcadan almaq və beləliklə, onların işləmə qabiliyyətini saxlamaq məqsədi ilə yerinə yetirilən texniki təsirlər kompleksidir.

Texniki qulluq texniki normalarla nəzərdə tutulmuş yürüş normalarından sonra yerinə yetirilir. Yürüş normaları nəqliyyat vasitələrinin rejim və ya servis kitabçalarında yazılır. 1.4. Təmir — nəqliyyat vasitələrinin və onların tərkib hissələrinin (ban, aqreqat, qovşaq, mexanizm və s.) itirilmiş iş qabiliyyətini bərpa etmək üçün görülən texniki təsirlər kompleksidir.

1.5. Diaqnostika — nəqliyyat vasitələrinin və onların tərkib hissələrinin texniki vəziyyətinin sökülmədən bilavasitə təyin edilməsidir.

1.6. Texnoloji proses — texniki xidmətin müxtəlif təyinatlı kompleks işlərinin müəyyən edilmiş ardıcıllıqla yerinə yetirilməsidir.

1.7. İstehsalat sahəsi — texniki xidməti yerinə yetirmək üçün texniki vasitələrlə təchiz edilmiş fəaliyyət sahəsidir.

1.8. İşçi post — texniki xidmətin texnoloji prosesini yerinə yetirmək üçün avtomobilin yerləşməsini nəzərdə tutan və müvafiq texnoloji avadanlıqlarla təchiz edilmiş istehsalat sahəsinin bir hissəsidir.

1.9. Texnoloji avadanlıq — texniki xidmətin texnoloji prosesinin yerinə yetirilməsi üçün zəruri olan texniki vasitələrdir.

1.10. İstehsalat gücü — xidmət göstəriləcək nəqliyyat vasitələrinin və işçi postların sayıdır.

2. texnİkİ-təmİr stansİyalarının təşkİlİ

2.1. Texniki-təmir stansiyalarında avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə bütün növ texniki-təmir xidmətləri göstərilir.

2.2. texniki-təmir stansiyaları yaşayış məntəqələrində, avtomagistralların və yolların kənarında yerləşdirilməklə, istirahət zonalarından, məktəblərdən, uşaq bağçalarından, müalicə ocaqlarından mövcud normalara uyğun məsafədə aralı olmalıdır.

2.3. texniki-təmir stansiyalarının layihələndirilməsi və inşa edilməsi nəqliyyat vasitələrinin tipini və konstruktiv xüsusiyyətlərini nəzərə almaqla, istehsalat proqramına, müasir tikinti norma və qaydalarına uyğun aparılmalıdır.

2.4. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının işçilərin peşəkarlıq yararlılığı texnoloji prosesin tələblərinə müvafiq olmalıdır.

2.4-1. Texniki-təmir stansiyalarında çalışan şəxslər həmin stansiyalar tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təsdiq etdiyi metodiki göstərişlərlə tanış edilir.

2.4-2. Texniki-təmir stansiyalarının istehsalat-texniki bazası, texnoloji təchizatı və istehsalat sahələrində texnoloji prosesin təşkili Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi sahə standartlarının tələblərinə uyğun olmalıdır.

2.5. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları istehsalat proqramından asılı olaraq, müvafiq istehsalat-texniki bazası — binalar, qurğular, avadanlıqlar, alətlər, tərtibatlar və nəzarət-ölçü cihazları ilə təchiz edilməlidir.

2.6. texniki-təmir stansiyalarının istehsalat sahələri istehsalat proqramından asılı olaraq texniki sistemlərin diaqnostika vasitələrinin və mütərəqqi üsulların tətbiqini nəzərdə tutan texnoloji avadanlıqlarla təchiz edilməlidir.

2.7. texniki-təmir stansiyalarının layihələndirilməsində və istismarında ətraf mühitin mühafizəsinə dair ekoloji və sanitar-epidemioloji norma və standartlara əməl edilməlidir.

2.8. Xidmət göstəriləcək nəqliyyat vasitələrindən ətraf mühitə buraxılan zərərli maddələrin və tullantıların miqdarının və tərkibinin müəyyən edilməsi və həmin göstəricilərin ekoloji norma və standartlara uyğunluğunun təmin edilməsi məqsədi ilə texniki-təmir stansiyalarının istehsalat sahəsində müasir diaqnostik ölçmə-tənzimləmə avadanlıqları ilə təchiz edilmiş xüsusi ekologiya postu yaradılmalıdır.

2.9. texniki-təmir stansiyalarında nəqliyyat vasitələrinə texniki xidmət vahid texniki siyasət əsasında, elmi-texniki tərəqqinin müasir tələblərinə uyğun olaraq, normativ-texniki sənədlər, texniki qulluq və təmirin rejimləri, texnoloji proses, istehsalın təşkili üsulları və s. əsasında həyata keçirilir.

2.10. Nəqliyyat vasitələrinin texniki vəziyyətinin və görüləcək işlərin həcminin müəyyənləşdirilməsi üçün sifarişçinin razılığı ilə, onun hesabına, nəqliyyat vasitələri nəzarət diaqnostika xəritəsi əsasında diaqnostika postlarından keçirilə bilər. Diaqnostikanın nəticələri üzrə sifarişçiyə müvafiq kart verilməlidir.

2.11. texniki xidmətin göstərilməsində texnoloji prosesə tam əməl edilməsi üçün texniki-təmir stansiyalarının istehsalat proqramına müvafiq istehsalat və köməkçi sahələri olmalıdır:

texniki qulluq və təmir şöbəsi;

çilingər və mexaniki şöbə;

qida sistemi və aparatlarının təmiri şöbəsi;

şinquraşdırma və şin təmiri şöbəsi;

qaynaq-tənəkəçi şöbəsi;

dəmirçi-ressor şöbəsi;

üzçəkmə armatur şöbəsi;

ehtiyat hissələri anbarı;

istismar materialları anbarı;

2.12. texniki-təmir stansiyalarının istehsal gücü nəqliyyat vasitələrinin və ya işçi postların (avtomobil yerlərin) sayına görə müəyyənləşdirilir.

2.13. texniki xidmətin texnoloji prosesi texniki-təmir stansiyalarının vahid funksional sxeminə əsasən təşkil edilir.

2.14. texniki-təmir stansiyalarında nəqliyyat vasitələrinin texniki qulluğu və təmiri qüvvədə olan mövcud normativ-texniki sənədlərin tələblərinə müvafiq aparılır.

2.15. texniki-təmir stansiyalarında texniki qulluq və təmir üzrə aşağıdakı xidmətlər göstərilir:

yığışdırma, yuma işləri;

nəzarət diaqnostika işləri;

servis kitabı üzrə texniki qulluq işləri;

aqreqat, sistem və qovşaqların təmiri;

çilingər-mexaniki işlər;

elektrotexniki işlər;

qida sistemi üzrə işlər;

şinquraşdırma və şin təmiri işləri;

dəmirçi-ressor işləri;

tənəkəçi-qaynaq işləri;

üzçəkmə-armatur işləri;

doldurma, yağlama işləri.

2.16. Nəqliyyat vasitələrinin texniki qulluğu və təmiri texniki-təmir stansiyalarında universal və ya ixtisaslaşdırılmış işçi postlarda yerinə yetirilir.

İşçi postlar görülən işlərin profilinə müvafiq texniki şərtlərlə, texnoloji avadanlıqlarla və digər normativ sənədlərlə təmin edilir.

Texnoloji prosesin səmərəli təşkili məqsədi ilə istehsalat sahələri və işçi postları (avtomobil yerləri) indekslə işarələnir.

2.17. texniki-təmir stansiyalarında nəqliyyat vasitələrinin, onların aqreqatlarının və hissələrinin təmiri fərdi üsulla yerinə yetirilir.

2.18. texniki-təmir stansiyalarında nəqliyyat vasitələrinin qəbulu və təhvili ixtisaslaşdırılmış postlarda yerinə yetirilir.

2.19. texniki-təmir stansiyalarında nəqliyyat vasitələrini texniki xidmətə qəbul etmək üçün zəruri olan şərtlər:

2.19.1. nəqliyyat vasitələrinə ümumi nəzarət-baxışın keçirilməsi və dəstliyinin yoxlanılması;

2.19.2. nəqliyyat vasitələrinin dövlət qeydiyyatı nişanlarının, mühərrik, ban və şassi nömrələrinin pasport göstəricilərinə uyğunluğu;

2.19.3. göstərilən xidmətlərin həcminin, qiymətinin və yerinə yetirilmə müddətinin təyini və sifarişçi ilə razılaşdırılması;

2.19.4. ilkin sənədlərin (müqavilə, sifariş-tapşırıq, talon, qəbz və s.) tərtibi;

2.19.5. nəqliyyat vasitələrinin konstruksiyasında edilən dəyişikliklərin müvafiq standartlara və normalara uyğunluğunu təsdiq edən Dövlət Yol Polisi orqanları tərəfindən verilmiş sənədin təqdim edilməsi;

2.19.6. qəzaya uğramış nəqliyyat vasitələrinin təmirinə Dövlət Yol Polisi orqanları tərəfindən icazə verilməsini təsdiq edən sənədin təqdim edilməsi;

2.19.7. nəqliyyat vasitələrinin xarici görünüşü onun təmirini və texniki qulluğunu yerinə yetirməyə imkan verən dərəcədə təmiz, texnoloji prosesin tələblərinə müvafiq olaraq sərnişinsiz və yüksüz olmalıdır;

2.19.8. bu şərtlərə riayət olunmadığı halda nəqliyyat vasitələri texniki xidmətə qəbul edilmir.

2.20. Texniki xidmət göstərildikdən sonra nəqliyyat vasitələri texniki baxışın nəticələri üzrə aşağıdakı tələblərə cavab verməlidir:

2.20.1. görülən işlərin həcminin sifarişdə (müqavilədə) göstərilənlərlə uyğunluğu;

2.20.2. görülən işlərin keyfiyyətinin texniki şərtlərə və normalara müvafiq olması;

2.20.3. nəqliyyat vasitələrinin idarəetmə mexanizmi və sistemlərinin (tormoz, sükan və işıqlandırma) texniki vəziyyəti;

2.20.4. nəqliyyat vasitələrinin dəstliyi.

2.21. Nəqliyyat vasitələrinə göstərilən texniki xidmətin haqqı mövcud normalara müvafiq olaraq tərtib edilmiş qiymət cədvəli, yaxud müqaviləyə uyğun olaraq sifarişçi tərəfindən rəsmi sənədlər əsasında sifariş-tapşırıq, talon, yaxud qəbzlə ödənilir.

2.22. texniki-təmir stansiyalarında respublika qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş qaydada iş rejiminə riayət edilməlidir.

2.22-1. Texniki-təmir stansiyaları tərəfindən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun, habelə bu sahədə müəyyən olunmuş sahə standartlarının tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

3. texnİkİ-təmİr stansİyalarının vəzİfə və funksİyaları

3.1. texniki-təmir stansiyası nəqliyyat vasitələrinə sifariş (müqavilə) əsasında texniki xidmət göstərir.

3.2. Nəqliyyat vasitələrinin aqreqat və qovşaqlarının əsaslı təmirini yerinə yetirir.

3.3. nəqliyyat vasitələrini mövsümi istismara hazırlayır.

3.4. Nəqliyyat vasitələrinin konservasiyasını və antikorroziya örtüyü ilə işlənməsini yerinə yetirir.

3.5. Zəruri olduqda nəqliyyat vasitələrinin konstruksiyalarında əsaslı dəyişiklik etmədən istismar qaydaları ilə qadağan olunmayan əlavə xidmətlər göstərir, öz ərazilərində nəqliyyat vasitələrinin pullu dayanacağını və satışını təşkil edir, nəqliyyat vasitələrinin satışdan qabaq hazırlığını yerinə yetirir, texniki ekspertizasını keçirir.

3.6. nəqliyyat vasitələrinin istismarı və texniki qulluğu üzrə onların sahiblərinə ödənişli əsaslarla müvafiq xidmətlər göstərir, məsləhətlər verir.

3.7. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə dövlət texniki baxışını keçirən orqana təqdim etmək üçün nəqliyyat vasitələri sahiblərinə və ya sərəncam vermək hüququ olan şəxsə müvafiq sənəd verir.

3.8. Buraxılış ilindən başlayaraq 5 ilə qədər müddətdə istismarda olan texniki cəhətdən saz nəqliyyat vasitələrinə müqavilə əsasında abonement xidməti göstərir.

3.8.1. Abunə xidmətinin təşkili üçün sifarişçi ilə texniki-təmir stansiyaları arasında müəyyən edilmiş formada 1 il müddətli müqavilə bağlanılır və mövcud qiymət cədvəlinə müvafiq olaraq xidmət haqqı ödənilir.

Müqavilə bağlandıqdan sonra abonəçiyə abunə kitabçası verilir. Nəqliyyat vasitəsi üçün texniki qeydiyyat xəritəsi doldurulur. Bu xəritədə görülən işlərin siyahısı və qiymətləri, dəyişdirilmiş ehtiyat hissələri və istismar materialları qeyd olunur.

4. texnİkİ-təmİr stansİyalarında texnİkİ xİdmət qaydaları

4.1. texniki-təmir stansiyalarında texniki xidmət üçün qəbul edilmiş nəqliyyat vasitələrinin dəstliyinə, qorunmasına, müqavilədə göstərilən işlərin həcminə, keyfiyyətinə və vaxtında yerinə yetirilməsinə, xidmət haqqının düzgün ödənilməsinə riayət edilməlidir.

4.2. Nəqliyyat vasitələrinin təmirini və texniki qulluğunu yerinə yetirən texniki-təmir stansiyaları nəqliyyat vasitələrinin təhlükəsiz və saz istismarına təminat verməyə borcludur.

Təminat müddəti göstərilən xidmətin növündən, nəqliyyat vasitələrinin tip və konstruktiv xüsusiyyətlərindən asılı olaraq texniki təmir stansiyaları tərəfindən mövcud normalar əsasında qabaqcadan müəyyən edilir və qəbul-təhvil postunda, görünən yerdə lövhədən asılır. Təminat müddəti aşağıdakı xarakterik xidmət növləri üzrə müəyyənləşdirilir:

aqreqatı təzəsi ilə dəyişdirməklə aparılan təmir üçün;

aqreqat və qovşaqların təmiri üçün;

banın və onun hissələrinin təmiri üçün;

qismən və tam rəngləmə üçün.

4.3. Təminat müddəti ərzində texniki istismar qaydaları pozulduqda, yol nəqliyyat hadisəsi baş verdiyi hallarda, nəqliyyat vasitəsi və onun aqreqat, qovşaq və cihazları texniki-təmir stansiyalarına təqdim edilmədən təmir edildikdə, texniki-təmir stansiyaları göstərilən xidmətlərin təminatı üçün məsuliyyət daşımır və sifarişçinin iddiası qəbul edilmir.

4.4. İddia reklamasiya aktı ilə tərkib edilir və xüsusi jurnalda qeydiyyatı aparılır.

4.5. Təminat müddətində baş vermiş nasazlıqların aradan qaldırılması üçün nəqliyyat vasitələrinin təmirə dayandığı halda, aqreqat və qovşaqların istismar müddəti üçün müəyyən edilmiş təminat müddəti, nəqliyyat vasitələrinin texniki-təmir stansiyalarında olduğu müddət qədər uzadılır.

4.6. İddia ilə əlaqədar texniki-təmir stansiyalarının qərarı ilə razılaşmayan sifarişçi avtotexniki ekspertizaya müraciət etmək hüququna malikdir.

İddia təsdiq edildiyi halda, nöqsanların aradan qaldırılması xərcləri texniki-təmir stansiyaları tərəfindən ödənilir.

4.7. texniki-təmir stansiyaları (icraçı) ilə sifarişçi (istehlakçı) arasında olan münasibətlər «nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə» ilə tənzimlənir.

1. 29 yanvar 2001-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 74)

2. 26 iyul 2006-cı il tarixli 186 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 653)

3. 24 iyun 2008-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 597)

4. 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

5. 15 aprel 2016-cı il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 may 2016-cı il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 816)

6. 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

7. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

8. 18 oktyabr 2018-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2175)

9. 24 noyabr 2018-ci il tarixli 498 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2448)

10. 21 yanvar 2019-cu il tarixli 10 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 154)

11. 4 aprel 2022-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 385)

12. 12 avqust 2022-ci il tarixli 299 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 15 avqust 2022-ci il, “Xalq” qəzeti, 16 avqust 2022-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 986)

13. 5 avqust 2023-cü il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 avqust 2023-cü il, “Xalq” qəzeti, 10 avqust 2023-cü il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1265)

14. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver