Qanunvericilik › “Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) › Tam mətn

“Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012)

“Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Daxili İşlər Nazirliyi, 30.11.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

“Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,

1. “Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q61-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı:

Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün sənədlərin qəbulu qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin II hissəsinin 3-cü bəndi.

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi.

1.3.3. “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli Qərarının 2.5-ci bəndinin üçüncü abzası.

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.12-ci bəndi.

1.3.5. “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 16 may tarixli Q6-001-12 nömrəli qərarı.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi (bundan sonra-DİN BDYPİ).

1.5. Elektron xidmətin digər icraçıları:

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

1.7. Elektron xidmətin icra müddəti:

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

DİN-in BDYPİ tərəfindən nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi.

2.1. Elektron xidmətin növü:

2.2. Elektron xidmət ödənişsizdir.

2.3. Elektron xidmətin istifadəçiləri:

Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://mia.gov.az/?/az/content/29775/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://mia.gov.az/?/az/content/29775/

- e-poçt: info@mia.gov.az, info@dyp.gov.az

- telefon: +994 12 590-81-25, +994 12 590-81-35

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №1) aşağıdakılar əlavə olunur:

1) Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilmə tarixi;

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi barədə məlumatlar nazirliyin informasiya ehtiyatında olmadıqda onun skan edilmiş surəti;

2) Nəqliyyat vasitəsinin texniki vəziyyəti barədə regional qeydiyyat imtahan və texniki baxış məntəqəsinin müayinə aktı (Əlavə №2).

Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üzrə elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: istifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi DİN BDYPİ-nın internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: istifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə və quraşdırılması nəzərdə tutulan avadanlığın nəqliyyat vasitəsinin texniki göstəricilərinə uyğunsuzluğu müəyyən edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması ilə bağlı DİN BDYPİ-nin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur;

3.2.2. sorğunun qəbulu: istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün DİN BDYPİ-nin Avtotexniki müfəttişlik şöbəsinə ( bundan sonra ATMŞ ) elektron formada ( internet vasitəsi ilə) ünvanlanır.

Sorğunun icrası üzrə DİN BDYPİ-nin ATMŞ rəhbəri bilavasitə məsuliyyət daşıyır;

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti

Sənədlər DİN BDYPİ-nin ATMŞ-də baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçiyə elektron poçtla dərhal bildiriş göndərilir.

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda, habelə quraşdırılması nəzərdə tutulan avadanlığın nəqliyyat vasitəsinin texniki göstəricilərinə uyğunluğu müəyyən edildikdə, sorğuya baxılması davam edir və sorğu qeydiyyata alındığı tarixdən 20 gün ərzində nəqliyyat vasitəsinin avadanlıqla təchiz olunmasına razılıq verilməsi barədə qərar qəbul olunur.

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat

3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası

İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda və ya imtina üçün əsaslar olmadıqda nəqliyyat vasitəsinin avadanlıqla təchiz olunmasına razılıq verilməsi sənədləşdirilərək həmin sənədin skan edilmiş surəti istifadəçinin elektron poçtuna göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: kargüzarlıq;

Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş DİN BDYPİ-nin ATMŞ rəhbərinin tabe olduğu yuxarı orqana inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətə baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə

________________________________________________________________ tərəfindən

(hüquqi şəxsin adı və ya fiziki şəxsin soyadı, adı, atasının adı)

ünvan_____________________________________________________________

___________________________________________________________________

əlaqə vasitələri: telefon, faks, e-poçt ünvanı_____________________________

______________________________________________________________________________

________________________markalı, _______________________________qeydiyyat nişanlı

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

Hüquqi şəxsin rəhbərinin və ya fiziki

Dövlət avtomobil müfəttişi

(ərazi üzrə regional DYP orqanı)

Nəqliyyat vasitəsinin markası, modeli və rəngi

Qeydiyyat şəhadətnaməsi

İşlətdiyi yanacaq növü

Nəqliyyat vasitələrinin məxsusluğu

Hüquqi və ya fiziki şəxsin ünvanı

Aşkar olunmuş texniki nasazlıq

Şinlərin sayı, ölçüləri, vəziyyəti

Texniki vəziyyəti haqda rəy

Nəqliyyat vasitəsinin sahibi

1. 07 dekabr 2015-ci il tarixli Q64-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201512070064, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 dekabr 2015-ci il)

2. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)

3. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)

4. 21 avqust 2018-ci il tarixli Q39-001-18 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201808210039, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 avqust 2018-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver